PDF Oxu

Müxalifət

  • 13

Sərdar Cəlaloğlu İTTİHAM ETDİ

Sərdar Cəlaloğlu İTTİHAM ETDİ

"Bir çox liderlər hadisələrin mahiyyətinə vara bilmir"

Ölkə müxalifətində yaranmış durğunluğu düşərgədə təmsil olunan partiya liderləri də etiraf edirlər. SİA-nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mövzuya münasibətini bildirərkən deyib ki, burada əsas səbəblərdən biri də liderlərin şəxsi qrup maraqlarından çıxış etmələridir: "Bir çox siyasi partiyalar və təşkilat liderləri hadisələrin mahiyyətinə vara bilmədiyindən, müxalifətin bir araya gəlməsinə və yaxud vahid gücün formalaşdırılmasına maraq nümayiş etdirmir".Qeyd edək ki, ADP sədri beynəlxalq dəstəyin də göstərilmədiyini məhz bu kimi amillərlə əlaqələndirib.

sia.az

Digər xəbərlər