Mirmahmud Mirəlioğlu: "Bu qurumun nəyə xidmət etdiyini bilmirəm"
"Necə istəyirlər elə də fikirləşsinlər. Hər kəs düşünməkdə sərbəstdir". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat, Azərbaycan Xalq Partiyası (AXP) və "El" Hərəkatının yaratdığı "Strateji Düşüncə Mərkəzi" adlı qurumun Milli Şuraya və orada təmsil olunan partiyalara qarşı atılan alternativ addım iddialarına münasibətini bildirərkən dedi. ""Strateji Düşüncə Mərkəzi"nin nə olduğu, nəyə xidmət etdiyi haqqında heç bir məlumatım yoxdur"-deyə bildirən KXCP sədri hələlik konkret fikir irəli sürə bilməyəcəyini də dedi: "Bu qurum haqqında hələlik heç nə deyə bilmərəm. Gələəcəkdə zaman hər şeyi göstərəcək".Qeyd edək ki, mətbuatda Müsavat, AXP və "El" Hərəkatının Milli Şuraya qarşı altenativ qurum kimi yaradılması haqqında məlumatlar yer almaqdadır. Məlumatlar çərçivəsində Milli Şurada aparıcılıq funksiyasını icra edən AXCP-nin də bəyanat yayacağı gözlənilir.
sia.az