"Daha önəmli işlərlə məşğulam"
Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunus "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı növbəti açıqlamasında onun müdafiəsindən imtina etməsi iddialarını dolayısı ilə təsdiq edib. Mövzu ilə bağlı SİA-ya qısa açıqlama verən SDİ rəhbəri "Başqa önəmli işlərlə məşğulam, sağ olun"-deyə bildirərək, telefonunu qapadıb.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq aprelin 19-da barəsində həbs-qətimkan tədbiri seçilən "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov bəyan etmişdi ki, həbs olunmalı yalnız onun özü deyil. Belə ki, Mirqədirov Leyla Yunus və Arif Yunusun da istintaqa cəlb edilməli olduğunu bildirmişdi.
sia.az