Xəzər Teyyublu: "Fuad Qəhrəmanlı ilə razı deyiləm"
"Milli Şurada təmsil olunmağıma baxmayaraq, mən Fuad Qəhrəmanlının dedikləri ilə razı deyiləm. Bu gün müxalifət düşərgəsi tam olaraq bir yerdə olmasa da, "Milli Şura" müxalifət düşərgəsinin bir hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının Milli Şurada təmsil olunmayan partiyaların real müxalifətə aid olmaması iddiasına münasibəti bildirərkən deyib.KXCP rəsmisi bu kimi açıqlamalar verməkdənsə, müxalifətin bir araya gətirilməsi barədə düşünməyin lazım olduğunu bildirib: ""Milli Şura" müxalifətin bütövlükdə bir araya gətirilməsinə nail olmayıb. Ona görə də bu istiqamətdə fəaliyyət göstərmək lazımdır".Qeyd edək ki, AXCP-nin sədri müavini Fuad Qəhrəmanlının məlum açıqlamasından sonra "Milli Şura"da təmsil olunmayan bir sıra partiyalar onun iddialarına etiraz ediblər.
sia.az