Xəzər Teyyublu: "Partiyalarin inhisarda olmaması üçün işlər aparılmalıdır"
"Milli Şurada baş verənlər ictimaiyyətə məlumdur. Konkret olaraq, oradakı təşkilatların hər hansı bir partiyanın inhisarında olmaması üçün işlər aparılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu təmsil olunduğu təşkilatın Milli Şuradan çıxmasına münasibətini bildirərkən dedi.
"Məhz bu baxmdan, KXCP Milli Şurada fəaliyyətini davam etdirib-etdirməmək istiqamətində məlum qərarını verdi" -deyə, qeyd edən KXCP rəsmisi eyni zamanda bildirdi ki, təmsil olunduğu partiya Demokratik Qüvvələr Birliyində də fəaliyyət göstərir və qarşıda baş verəcək hadisələri də zamanın ixtiyarına buraxmaq lazımdır: "Demokratik Qüvvələr Birliyində də təmsilçiliyimiz davam edir və kimin harada, nə vaxta qədər bir yerdə olacağını da zaman göstərəcək".
Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyasında KXCP AXCP-nin inhisarçılıq vasitəsi ilə quruma öz tərəfdarlarını üzv yazdırmasına etiraz əlaməti olaraq həmin qurumu tərk edib.
sia.az