Mustafa Hacıbəyli: "Araz Əlizadənin sözü avtoritet hesab olunmayıb"
"Bizim Təşkilat Komitəmiz yığışacaq və orada da qurultayla bağlı qərar qəbul ediləcək. Məhz bundan sonra mətbuata qurultayın harada və nə zaman keçiriləcəyi haqqında açıqlama veriləcək". Bu fikirləri SİA-ya açqlamasında Müsavat Partiyasının Məclis üzvü, partiya başqanının müşaviri Mustafa Hacıbəyli Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin qarşı tərəfi qurultay keçirməməkdə və Qərb siyasi dairələrinə işləməkdə günahlandırmasına münasibətini bildirərkən deyib.
Mustafa Hacıbəyli ASDP sədrinin iddialarının ciddi arqument olmadığını da bildirib və deyib ki, əslində, Əlizadənin düşüncələri kimlər üşünsə maraq doğursa da onun üçü əəhəmiyyətsizdir: "Məncə Araz Əlizadənin sözü heç vaxt avtoritet hesab olunmayıb. Kimlər üçünsə vacib olar, amma bimiz üçün yox. Onun hər hansı fikir irəli sürməsi bizdən ötrü boş bir şeydir".
Qeyd edək ki, hakimiyyət Müsavat Partiyasına növbəti dəfə qurultay keirməyə yer ayırsa da, qarşı tərəf növbəti dəfə qurultayını təxirə salmağa çalışır.
sia.az