"Biz siyahılarımızı Avropa Şurasının bizə verdiyi tövsiyələr əsasında hazırlayırıq. Ona görə də bizdə Leyla Yunusun 130 nəfərlik siyahısından fərqli olaraq, 28 nəfər siyahıya salınıb". Bu fikirləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun təqdim etdiyi siyahısında sadvalçıların və terrorçuların da adlarının yer almasına münasibətini açıqlayarkən deyib.Hüquq müdafiəçisi avropalılarla görüşündə bunu onların nəzərlərinə çatdırdıqlarını da bildirib: "Eyni zamanda, biz ayrı-ayrı görüşlərdə nəzərə çatdırırıq ki, bəzi siyahılarda sadvalçıların, terrorçuların adları yer alıb. Ona görə də onlar qeyriləri ilə yox, daha çox bizimlə işləməyə üstünlük verirlər".
sia.az