PDF Oxu

Müxalifət

  • 22

Müsavatdan Sərdar Cəlaloğluna SƏRT

Müsavatdan Sərdar Cəlaloğluna SƏRT

Mustafa Hacıbəyli: "Təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?"

"Sərdar Cəlaloğlunun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, başqan müşaviri Mustafa Hacıbəyli Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müxalifət liderləri ilə görüşməsini özünə təhqir hesab etməsi fikirlərinə münasibət bildirərkən deyib.

Müsavat rəsmisinin sözlərinə görə, əgər Cəlaloğlu həqiqətən də özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: "Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazıram. Görünür bu səbəbdən, o müxalifətlə görüşməyi təhqir, iqtidar partiyası ilə görüşməyi isə şərəf hissi kimi qəbul edir".

Mustafa Hacıbəyli ADP sədrinin YAP funksionerləri ilə də görüşməyə layiq olmadığını qeyd edib və bildirib ki, əslində bu sualın cavabını da onun özü verməlidir: "Hərhalda verilən sual onun özünə də aid olmalıdır ki, nəyə görə müxalifət liderləri ilə görüşməsini özünə təhqir hesab edir?"

Qeyd edək ki, Müsavat Partiyasının digər funksioneri, başqan müşaviri Səxavət Əlisoy da ADP sədrini sərt şəkildə ittiham edib və bildirib ki, onun Sərdar Cəlaloğluna yazığı gəlir.

sia.az

Digər xəbərlər