PDF Oxu

Müxalifət

  • 34

Əli Orucov: "Milli Şuranın iddiaları yerinə yetirilməmiş qaldı"

Əli Orucov: "Milli Şuranın iddiaları yerinə yetirilməmiş qaldı"

"Milli Şuranın ortaya qoyduğu hədəfləri müqayisə edəndə, elə də böyük işlər görmürəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Milli Şura rəsmilərinin qurumun bir il ərzində uğur qazanmaları iddialarına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Milli Şura bir neçə tədbir keçirib, prezident seçkilərində iştirak etməsi ilə daha öncələr irəli sürdüyü iddialarını həyata keçirməyə nail ola bilməyib: "Düzdür, Milli Şura müəyyən tədbirlər keçirib, seçkilərdə iştirak edib, müxalifətdaxili məsələlər ətrafında müəyyən müzakirələr aparıb. Ancaq ümumilikdə böyük iddialarla danışdıqlarını nəzərə alsaq, bu fikri götürsək, deyə bilərik ki, həmin iddialar yerinə yetirilməmiş qaldı".

sia.az

Digər xəbərlər