PDF Oxu

Müxalifət

  • 29

Oxfamdan alınan milyonlar Müsavat və AXCP-nin maliyələşməsinə yönəlib

Oxfamdan alınan milyonlar Müsavat və AXCP-nin maliyələşməsinə yönəlib

Tutarlı faktlar, nəhayət Azərbaycan hüquq-mühavizə orqanlarını hərəkətə gətirməlidir

Müxalifətin radikal qanadının xarici maraqlı qüvvələrdən maliyyə yardımları almalarına dair zaman-zaman fikirlər səslənib, məlumatlar ortaya cıxıb. Tutarlı sübutlar, səhih faktlar qarşısında isə müxalifət partiya yetkililəri ancaq susmağa üstünlük veriblər. Bu isə yayılan məlumatların əsaslı olduğunun təsdiqi kimi qiymətləndirilib. Bir qədər əvvəl KİV-lərdə AXCP, Müsavat və bir sıra siyasiləşmiş QHT-lərin SOROS fondundan ümumilikdə 32 milyon dollar maliyyə yardımları almalarına dair informasiyalar dərc olundu. Az sonra Qubad İbadoğlu, Leyla Yunus, Arif Yunus, Rəşad Hacılı, Razi Nurullayev, Zöhrab İsmayıl və digərləri gündəmi zəbt edən məlumatları qisməndə olsa da təsdiqlədilər. Hətta Müsavatın divan üzvü, başqanlığa iddialı Qubad İbadoğlu və AXCP sədr müavini Razi Nurullayev rəhbərlik etdikləri QHT-lər vasitəsilə alınan qrantları təmsil olunduqları partiyaların ehtiyaclarına xərcləndiyini bildiriblər. Bu etiraf səmimi olsa da həmin şəxsləri cinayət məsuliyyətindən azad etməməlidir. Ən azı ona görə ki, "Siyasi partiyalar haqqında qanun"a görə siyasi partiyaların xarici dövlətlər qarşısında hər hansı bir öhdəlikəri ola bilməz, eləcə də siyasi partiyaların xaricdən maliyyələşməsi yolverilməzdir. Bu, hansısa QHT vasitəsilə həyata kecirilsə belə həmin partiya rəhbərliyini cinayət məsuliyyətinə cəlb etməkdən sığortalamır.

"Qazaryan-Oxfam-İbadoğlu işi" Müsavatda caxnaşma yaradıb

Hay-küyə səbəb olan məlumatların əks-sədası səngiməmiş Virtualaz.org saytı AXCP və Müsavatın ifşasına yönələn növbəti məqalə dərc edib. Jurnalist Eynulla Fətullayevin yazdığı "Qazaryan-Oxfam-İbadoğlu işi" başlıqlı araşdırma yazısında bildirilir ki, Azərbaycanda daxili siyasi vəziyyəti gərginləşdirməyə yönələn siyasi layihələr ABŞ hökuməti və ona yaxın təsisatlar tərəfindən maliyyələşdirilir: "Bu layihələrin ən son məqsədi nisbətən az qan tökülməsi ilə müşayiət olunan "məxməri inqilablar" törətməkdir. Azərbaycan müxalifətinin radikal qanadının humanitar təşkilatlar tərəfindən çox məharətlə ört-basdır edilmiş şəkildə, məxfi üsullarla maliyyələşdirilməsi sisteminin mövcudluğu faktını da aşkarlamışıq".

Məqalədə Müsavat partiyası divanının üzvü Qubad İbadoğlu və ona yaxın olan QHT-lərin Oxfamı tərəfindən birbaşa maliyyələşdirildiyi deyilir: "Bu təşkilat öz nizamnaməsinə zidd davranaraq inqilabçı REAL Hərəkatının İsmayıllı iğtişaşlarının təşkilinə görə mühakimə edilən lideri İlqar Məmmədovun yaxın məsləkdaşı Zöhrab İsmayılla da işləyirdi. Oxfam böyük ümum-Azərbaycan alovuna dönməli olan "İsmayıllı qığılcımı"nın miqyasının belə olacağını ola bilsin ki, gözləmirdi".

Cəbhcilər Oxfamdan 47760 avro alıblar və Oxfam işində erməni izi

Məqalədə o da qeyd edilir ki, Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47760 avro dəyərində üç qrant alıb: "Q.İbadoğlunun təşkilatı isə Oxfamdan 534254 avro məbləğində 17 qrant alıb. Yazıda bildirilir ki, bu təşkilatın nümayəndəliyi 2002-ci ildən 2014-cü ilədək 106 saziş əsasında 5 milyon manatlıqdan çox qrant layihəsi təqdim edib. Onlardan 4 milyon manatdan çox vəsait alıb, amma cəmi 1 milyon manatını aidiyyəti üzrə sərf edib. Bildirilir ki, qurumun Bakı ofisinin rəhbəri Şövkət Əlizadə də onlarla əlbirdir və qaçqınlara çatmalı olan pulları uğurlu korrupsiya mexanizmi vasitəsilə yuyub mənimsəyiblər. Həmçinin yazıda qeyd edilir ki, Oxfam işində erməni izi də var".

Oxfamın Bakı ofisindən isə məsələyə münasibət bildirməkdən çəkiniblər. Bütün bunlardan sonra görünən odur ki, müxalifət partiyaları müəyyən məkrli qüvvələrlə iş birliyindədir. Bu cür iş birliyin isə cəmiyyətdə xəyallardan qurduqları narazılıqların yaradılmasına hesablandığı şübhəsizdər. Amma daxili və xarici qüvvələrin xəyallarında qurduqları reallığa çevrilə bilməsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının hərəkətə keçməsinə ehtiyac var. Hər halda ictimai rəy də bunu gözləyir.

İ.ƏLİYEV

Digər xəbərlər