"KXCP-nin AXCP ilə Milli Şuradan kənar heç bir əməkdaşlığı mövcud deyil. Milli Şura tərkibində bəzi məsələləri həll etməyi düşünürük. Oradan kənar isə heç bir əlaqəmiz yoxdur, ola da bilməz". Bu fikirləri SİA-ya KXCP-nin sədr müavini Xəzər Teyyublu təmsil olunduğu partiyanın AXCP ilə münasibətlərinin mənfi olduğu halda, hələ də Əli Kərimlinin təmsil olunduğu Milli Şurada iştirakçı olmaqla fərqli görüntülər nümayiş etdirdiklərinə münasibət bildirərkən deyib.Xəzər Teyyublu qeyd edib ki, ölkəmizdə hər hansı bir siyasi prossesə siyasi partiya olaraq müdaxilə etmək, öz fikirlərini sərgiləmək üçün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu gün istənilən təşkilatla əməkdaşlıq edə bilər: "Bu yöndə istər Milli Şura, istərsə də digər təşkilat kim obyektivdirsə KXCP də onun yanındadır. Baxmayaraq ki bizim kiminləsə ziddiyətimiz olub, amma bu yolda bir yerdə olmağa qərarımız qətidir. Düşünürəm ki, hər bir məsələni konkret olaraq zamanın öhdəsinə buraxmaq lazımdır. Bizim mövqeyimiz bundan ibarətdir".KXCP rəsmisi onu da vurğulayıb ki, əgər nə vaxtsa Milli Şuranın mövqeyi obyektivlikdən kənarlaşacaqsa təbii ki, KXCP orada təmsil olunmayacaq.
sia.az