PDF Oxu

Müxalifət

  • 19

Leyla Yunusun həbs edilməməsi təəccüb doğurmaya bilməz

Leyla Yunusun həbs edilməməsi təəccüb doğurmaya bilməz

Azərbaycan atributlarını ayaq altına atan "hüquq müdafiəçisi" qanun qarşısına çıxmağa məhkumdur

Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun, onun qohumlarının kimliyini araşdırdıqda bu şəxslərin Azərbaycan üçün necə təhlükəli olmaları adamda həyəcan və şübhə doğurur. Məsələn, Leyla Yunusun əri Arifin özündən kiçik üç qardaşı var. SDİ rəhbərinin qayınlarından ən çox tanınmışı hazırda ABŞ-da yaşayan Ramiz Yunusovdur. Digər iki qaynından biri - 1956-cı il təvəllüdlü Yunusov (Barseqyan) Vaqif Seyfulla oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun keçmiş əməkdaşıdır. Vaqif Yunusov İrina Pavlovna adlı bir qadınla evlidir. Vaqifin iki qızı var - Səbinə və İradə. Digər qardaş - Yunusov (Barseqyan) Leyla Yunusun digər qaynı Raqif Seyfulla oğlu 1962-ci ildə anadan olub və Bakıda yaşayır. Arifdən fərqli olaraq sonradan amerikalıya çevrilmiş Ramiz Yunusov AXC hakimiyyəti dövrünün ən korrupsiyalaşmış məmurlardan biri olub. O öz erməni hiyləgərliyi ilə məkrli davranıb və sənədləri saxtalaşdırma yolu ilə öz erməni kökənindən azad olub. Onun pasport məlumatlarında anası Barseqyan Arşulyus Arsenovna sonradan Dağıstan sakini, milliyyətcə osetin Asiyat Əsgər qızına çevrilib.

Möhtəkir erməni ailəsi

Hələ sovet dövründən Ramiz Yunusov özünə həyatda yol aça bilib. Xırda möhtəkrliklə məşğul olaraq və o vaxt Bakının milis şöbələrində "xarici sabun və şampun" sataraq bacardığı kimi qazanıb. Əldə etdiyimiz məlumatlara görə, Yunusov-Barseqyan Ramiz isə Bakıda anadan olub. Ramiz Barseqyan-Yunusov öz karyerasına Dövlət Mineral Ehtiyatlar və Geologiya Komitəsində başlayıb, sonra Yəməndə xidməti ezamiyyətdə olub. Ramiz Yunusov Yəmənə neft mütəxəssisi kimi ezam olunub və SSRİ Geologiya Nazirliyinin xətti ilə işləyib. Beləliklə, Yunusovlar ailəsi 1992-ci ildə iki strateji postu ələ keçirməyə nail olur. Özü də həm icraedici, həm də qanunverici hakimiyyətdə. Bununla da hakimiyyətin ən informasiyalı mərkəzlərinə birbaşa çıxış əldə edə bilirlər. Barseqyanlardan biri ölkənin ən ali qurumunun informasiya-analitik təminatı ilə məşğul olub, digəri isə qanunverici orqanın faktiki olaraq boz kardinalına çevrilib. Göründüyü kimi, Barseqyanlar-Yunusovlar təkcə erməni xüsusi xidmət orqanları ilə deyil, eyni zamanda Rusiya məxfi xidmət orqanları ilə də sıx əməkdaşlıq edirdilər.

"Hüquq müdafiəçisi" qanun qarşısına çıxmağa məhkumdur

Təəssüf ki, bütün faktlar ortada ikən Leyla Yunus hələ də Azərbaycanda yaşayır və ölkəmiz əleyhinə təbliğat aparır. Əslində heç bir vətəndaşa haqq verilmir ki, torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlını ata-baba torpaqlarından didərgin salan, günahsız insanları vəhşicəsinə qətlə yetirən ermənilərlə əməkdaşlıq etsin. Hər kəsə məlumdur ki, Sülh və Demokratiya İnstitutu adlı qondarma qurumun rəhbəri uzun müddətdir anti-Azərbaycan fəaliyyətini əsas seçib. Hətta buna görə dəfələrlə ermənilər və ermənipərəst xarici qurumlar tərəfindən mükafatlandırılıb. Belə çıxır ki, xarici dairələr tərəfindən Azərbaycanın əleyhinə fiqur olaraq bəslənilir. Bu zaman belə bir sual yaranır ki, Leyla Yunus niyə hələ də azadlıqdadır? Çünki Azərbaycan atributlarını ayaq altına atan "hüquq müdafiəçisi" qanun qarşısına çıxmağa məhkumdur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər