Təhmasib Novruzov: "Əli Kərimlinin cəzasızlığı Almurad Əliyevi narahat edir"
"Bu gün Elçibəyə xəyanat edənlərin çoxu ortalıqda gəzir. O cümlədən, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyin və başqaları. Söz yox ki, bu şəxslərin içərsində Almurad Əliyev daha çox məhz Əli Kərimlini nəzərdə tutub". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin Ə.Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb deməsinin doğru fikir olmadığını bildirib.Onun fikrincə, əslində bu gün nəinki Əli Kərimli, eləcə də Elçibəyə xəyanət edən digərləri də ortalıqda gəzməkdədirlər: "Bu gün Elçibəyə xəyanət edənlərin çoxu ortalıqda gəzir. O cümlədən, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyin və başqaları. Söz yox ki, bu şəxslərin içərsində Almurad Əliyev daha çox məhz Əli Kərimlini nəzərdə tutub. Çünki AXCP sədri Əli Kərimli bütün əməlləri müqabilində heç bir cəza almayıb. Əli Kərimlinin cəzasızlığı da Almurad Əliyevi narahat edir. Narahat etdiyinə görə də, bu məsələni ortaya atıb".AHB sədri onu da bildirdi ki, Əli Kərimli Azərbaycan milli mənafeylərinə, dövlətçiliyinə və xalqına vurduğu zərbələr yetərincədir: "AXCP sədri Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi adından bir ideologiya kimi istifadə edərək partiyanın başına keçdi. Hər zaman Əli Kərimli öz şəxsi maraqlarını partiya, xalq və milli maraqlarından üstün tutub. Belə olan halda da müxalifətin normal şəkildə formalaşmamasının əsas səbəbkarlarından biri məhz AXCP sədri Əli Kərmlidir. Yəni hər zaman bu şəsx öz şəxsi maraqlarına xidmət edib. Ona görə də AXCP sıralarında olmuş şəxslər Əli Kərimliyə qarşı nifrət hissi bəsləyirlər".
sia.az