PDF Oxu

Müxalifət

  • 21

Əli Kərimlinin satqın damğasından qurtulması çətin məsələdir

Əli Kərimlinin satqın damğasından qurtulması çətin məsələdir

Hər zaman müxalif partiya yetkililəri arasında satqın axtarışı diqqət çəkən mövzulardan olmaqla, müzakirə olunan əsas mövzulardan olub. İttiham olunan tərəflər hər vəchlə özlərini müdafiə etməyə cəhd göstərsələr də bu cəhdlər uğursuz alınıb. Çünki proseslərdən məlumatlı olan şəxslər yeni açıqlamlarla çıxış etməklə ittiham edilən tərəflər daha ağır və çıxılmaz vəziyyətə salıblar. Gündəmi zəbt edən yeni məlumat isə AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin ittihamlarla çıxış etməsidir. Almurad Əliyev iddia edir ki, "Ə.Elçibəyə xəyanat edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb". Bizimlə söhbətində "Yurddaş" partiyasının sədri Mais Səfərli Almurad Əliyev qardaşı Əbülfəz Elçibəyə çox yaxın bir insana olduğundan müəyyən məlumatlara malik şəxs sayılır: "Demək olar ki, Ə.Elçibəy hər bir məsələni qarşadı ilə məsləhətləşdirirdi. Əgər Almurad Əliyev belə bir iddia ilə çıxış edibsə, onda həmin şəxsin adını da çəkməli idi. Çox ehtimal ki, bu şəxs AXCP sədri Əli Kərimlidir".

"Nəyə görə bütün silahdaşları, yəni AXCP sıralarında olmuş şəxslər Əli Kərimliyə qarşı nifrət hissi nümayiş etdirirlər" sualını cavablandıran Mais Səfərli bildirdi ki, Əli Kərimliyə qarşı olan bu nifrət onun şəxsi maraqlarının partiya maraqlarından üstün olması ilə bağlıdır: "Ümumiyyətlə, Azərbaycanda müxalif partiyalarda çox ciddi şəkildə islahatlar aparılmalıdır. Demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslər demokratiyadan və insan haqlarından danışırlar. Amma rəhbərlik etdikləri partiyalarında nə demokratiya, nə də ki, insan haqlarından əsər-əlamət var. Sankı bu partiyalar onların feodal mülkiyyətidir. Yəni həmin partiyanı istədikləri kimi idarə edərək, qərarlar qəbul edirlər. Eyni zamanda, öz qərarlarını da yerlərdə yerinə yetirilməsinə məcbur edirlər. Bir sözlə, müxalifət partiyalarda islahatlar keçirilməlidir ki, normal və demokratik bir bazada bu partiyalar qurulsun. O cümlədən də, müxalifət partiyalarında partiya sədrinin deyil, partiyanın maraqları əsas götürülməlidir. Yəni həmin partiyalarda təmsil olunan hər bir partiyadaşın səsi eşidilməlidir. Məhz bunun nəticəsidir ki, cəmiyyət tərəfindən müxalifət partiyaları dəstəklənmir. Yəni xalq bu siyasətə "yox" deyir".

M.Səfərli onu da bildirdi ki, bu günə qədər müxalifət partiya rəhbərləri hər hansı bir uğur qazana bilmirlər: "Müxalifət daxili intiriqaların olması blok və qrumların dağılmasına əsas şərtləndirən səbəblərdən biridir. Ümumiyyətlə, müxalifətin faciəsi və məğlubiyyətinin əsas səbəbi bu günə qədər apardığı yalnış siyasətin nəticəsidir ki, bu cür çıxılmaz bir vəziyyətə düşürlər".

GÜLYANƏ

Digər xəbərlər