PDF Oxu

Müxalifət

  • 15

Araz Əlizadədən Leyla Yunusa SƏRT SÖZLƏR

Araz Əlizadədən Leyla Yunusa SƏRT SÖZLƏR

"Pula görə Konçitta kimi saqqal da buraxar"

"Əsas odur ki, pul gəlsin. Çünki Leyla Yunus pul sözünü çox sevir. Ona görə də hansı təşkilatı istəyirsə yaradır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun növbəti – "Repressiyalara Qarşı Müqavimət Mərkəzi" adlı qurum yaratmasına münasibətini açıqlayarkən deyib. ASDP sədri Leyla Yunusun beşinci kolonun hərəkətə gətirilməsi üçün xarici qüvvələrdən təlimat aldığını da bildirərək, hazırda bunun üçün kifayət qədər qrant aldığını da istisna etməyib: "Bu, öz yerində... Amma bu gün ona desələr ki, yaxşı pul veririk, get saqqal saxla, dərhal həmin pulu alıb saqqal da, buraxar, bığ da! Lap elə Konçitta kimi. Bu gün Leyla Yunusa bənzəyən elələri də var ki, əgər onlara pul versələr, özlərini hətta axtalayarlar".Burada erməni lobbisinin və Azərbaycanı istəməyən digər xarici qüvvələrin də rolunun olduğunu deyən Araz Əlizadə artıq bu kimi zümrənin formalaşdığını bildirib: "Artıq, Azərbaycanda Leyla Yunusun fonunda belə bir zümrə yaranıb və onlara "qrantoyed" deyirlər. Yəni qrantyeyənlər zümrəsi. Artıq "qrantoyed" olmaq bunlar üçün bir peşəyə çevrilib. Bunlar yuxarıda qeyd etdiyimdən əlavə, analarını da, bacılarını da, Vətəni də, xalqı da satarlar. Çünki bunların "qabiliyyətlərində" hər şeyi satmaq faktoru mövcuddur".

sia.az

Digər xəbərlər