PDF Oxu

Müxalifət

  • 16

"Fredoom House" növbəti dəfə sərsəmlədi

"Fredoom House" növbəti dəfə sərsəmlədi

"Freedom House" təşkilatı yeni hesabat açıqlayıb. Hesabatda postsovet məkanı ölkələri arasında demokratiyanın səviyyəsinin pisləşməsində Rusiyanın əsas rolunu qeyd edilir. 2014-cü ildə keçid dövründə ölkələrə dair hesabatda "Freedom House" Rusiyanı azad institutlardan uzaqlaşmanı və regiona yeni həyəcanlı repressiyaların gətirilməsini edən siyasi model kimi göstərir.

Hesabatın tam mətni hələ açıqlanmayıb, amma ümumi olaraq indidən hər şeyi bilmək mümkündür. Məsələn, hesabatın ilkin olaraq yarımçıq yayılan versiyasında Azərbaycan yenə də qərəzli tənqidə məruz qalıb. Belə ki, postsovet ölkələri içərisində vətəndaş cəmiyyəti üçün ən pis mühit Rusiya, Azərbaycan və Qazaxıstan göstərilir.

Hesabatda Gürcüstan, Kosova və Albaniyadakı seçkilər məqsədli şəkildə müsbət qiymətləndirilir. "Fredoom House" təşkilatının bundan öncəki hesabatı da eyni məzmunludur. Məsələn, Gürcüstanda seçkilər keçirilməmişdən öncə, bu təşkilat yazırdı ki, "Gürcüstandakı seçkilər müsbət olacaq". Seçkilərdən sonra isə, Gürcüstanda bağlı mətndə yalnız "olacaq" sözü "oldu" ilə əvəz edildi. Eləcə də Kosova və Albaniya ilə bağlı gələcəyi əvvəldən müəyyənləşən hesabatlar yayılmışdı.

sia.az

Digər xəbərlər