PDF Oxu

Müxalifət

  • 13

Aslan İsmayılov müsavatçı gəncləri biabır etdi

Aslan İsmayılov müsavatçı gəncləri biabır etdi

Aslan İsmayılov müsavatçı gənclərin Cəmil Həsənlini sərt şəkildə tənqid etməsinə, ona qarşı tənqidi fikirlərin səsləndirilməsinə münasibət bildirib. O, müsavatçı gəncləri həyatda heç nəyə nail olmayan insanlar kimi qiytmətləndirib: "Bu tip insanlar həyatda heç nəyə nail olmayıblar, ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır. Bunu həqiqətən yaxşı bacarırlar. Bəli, bu sahədə nə Cəmil müəllim, nə də mənim kimilər onlara çata bilməzlər. Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə "dost tənqidi vacibdir" deməsi ilə də razılaşmıram. Yazılanları oxudum, onlar "dost tənqidi" deyil, "imkan düşüb buna da yerini göstərək" deməkdir. Bunlar söyür, bizlər isə susuruq. Sovet bolşevikləri ilə bunların heç bir fərqi yoxdur. Bizlər susduqca bunlar aqressivləşir və özlərini mütləq hakim sayırlar. Bizlər çalışırıq ətrafımızdakıların uğuruna sevinək, xüsusilə yaradıcı insanların bəzən buraxdığı səhvləri görsək də, özümüzü görməzliyə vuraq, çünki onlar ruh adamlarıdır, tez acıyırlar. Bir iki cızma-qara edib, ən biədəb sözləri yeni bir kəşf kimi bəh-bəhlə tirajlayanlara, nəinki tənqidə, söyüşə də acımayırlar. Bu barədə rəhmətlik Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlovla çoxlu söhbətlərim olub, onların ünvanlarına səslənən iftiralara görə necə acıdıqlarının şəxsən şahidi olmuşam. Bu cür dahiləri neçə-neçə ağzından süd iyi gələn, həyatda "məşhur" olmağı söyməkdə görən, heç bir nailiyyəti olmayanların nə qədər incitdiklərinin canlı şahidi olmuşam. Sonuncu dəfə böyük yazıçı Anardan onun haqqında yazılanlara vaxt itirməməsini xahiş etdikdə onun necə əsəbiləşdiyinin şahidi oldum. Mənə əsəblə "sənin valideynlərin haqqında mənimkilər baradə yazdıqlarını yazsalar susardınmı?" sualına hələ incimişdim də. Vaxt keçdikcə, özüm haqqında yazılan iftiraları gördükcə Anarın nələr çəkdiyini, bu günlərdə yubileyi olan Vaqif Səmədoğlunun dahi Səməd Vurğun haqqındakı yazılara necə dözdüyünü təsəvvür edə bilmirəm. Həmişə dostlardan xahiş etmişəm ki, yaradıcı insanları siyasətə qatmayın, qoyun onlar öz yaradıcılığı ilə məşğul olsunlar. Onların yaradıcılığının millətin maariflənməsində, inkişafında rolu bir-iki mitinqdə alovlu nitqlər söyləyənlərlə müqayisə olunmazdır. Bir də ki, demokratiyadan dəm vuranların, niyə hamının məhz onlar kimi davranmasını tələb etməsini heç cür anlaya bilmirəm. Axı hamı öz istədiyi kimi hərəkət etməlidir, kimlərinsə xoşuna gəlmək üçün yox. Məhz buna görədir ki, müxalifət iki düşmən qütbə bölünüb və bir-birini məhv etməyə hazırdır. Məhz buna görə arada körpü olacaq qüvvə yoxdur".

sia,az

Digər xəbərlər