PDF Oxu

Müxalifət

  • 29

"Müsavat""ın qurultay tamaşası sentyabr ayında da gerçəkləşməyəcək

"Müsavat""ın qurultay tamaşası sentyabr ayında da gerçəkləşməyəcək

Partiyadaxili vəziyyət getdikcə mürəkkəbləşir

Müsavatdaxili gərginlik get-gedə şiddətli hal almaqda davam edir. Belə ki, radikal düşərgədə illərdir gözlənilən, aylardır müzakirə olunan Müsavat partiyasının qurultayı sentyabr ayına müəyyənləşdirilsə də, təşkilatda fəaliyyət göstərən funksionerlər arasındakı qarşıdurmaları daha da intensivləşdirdi.

Müsavatçılar qurultayın keçiriləcəyinə inanmırlar

Dünənə qədər yer davası edən partiya üzvləri indi məsələni başqa aspektdən "fırlatmağa" çalışırlar. Əvvəl iddia edirdilər ki, guya onlara təqdim olunan yerlər balacadır, dardır-filandır. Bu dəfə isə onlara təqdim olunan məkana bir söz tapıb deyə bilmədikləri üçün qurultayın sentyabrda keçiriləcəyini təyin etdilər. Partiyadan verilən məlumata görə bu, sadəcə partiyadaxili vəziyyəti sakitləşdirmək üçün deyilən sözdür. Digər tərəfdən, başqan İsa Qəmbər də bütün bunlardan yararlanaraq, qurultayın tezliklə keçirilməsində problemlərin baş qaldıracağını bəyan edir. Daha dəqiq desək, o, guya qruplararası qarşıdurmaların səngiməsi üçün qurultayın vaxtının gecikdirilməsi tərəfdarı olduğunu deyir. Ancaq başqanın hələ də öz postunda qalması baqşa tərəflərə də yozulur. Məsələn, iddia edilir ki, əgər İsa Qəmbər bu ərəfələrdə postundan getsə, hazırda münasibətləri düşmənçilik müstəvisinə qədər inkişaf etmiş AXCP Müsavata qarşı həmlələrini daha da artıracaq. Yeni seçiləcək istənilən başqan isə Əli Kərimlinin siyasi bicliyi qarşısında aciz qalacaq. Bu baxımdan, Müsavatın qurultayı ləngidilməkdədir. Ancaq bütün bunlar sadəcə proqnozdur. Təkcə, İsa Qəmbərin yenicə yaratdığı "Milli-Strateji Düşüncə Mərkəzi"nə qarşı "Azadlıq" qəzetinin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının taktiki hücumlarına nəzər salsaq, deyilənlərin nə qədər real olduğunu görmüş olarıq. Başqa bir tərəfdən, sözügedən məsələnin dərinliyinə vardıqca, bu gün İsa Qəmbərin başqanlıqda qalmasını istəyən, hətta bunu gizlətməyən tərəflər hazırda başqan müavini Arif Hacılının partiyanın ali postuna yiyələnməməsi üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, "Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlu və AXP sədri Pənah Hüseyn aşkar olaraq İsa Qəmbərin yanında oldurlarını dəfələrlə bəyan ediblər. Ancaq Arif Hacılının qardaşı, Müsavatın məcsil üzvü və başqan müşaviri Mustafa Hacıbəyli hesab edir ki, partiyanın qurultayı qəsdən ertələnir ki, Arif Hacılı başqan olmasın.Amma ortada bəzi suallar var ki, başda İsa Qəmbər olmaq şərtilə müsavatçılar həmin sualları cavablandırmalıdırlar. Məsələn, ən adisindən başlayaq. Qurultayın təşkilat komitəsi varmı? Əgər varsa, bu təşkilat komitəsinin hansısa fəaliyyətindən, hətta bu partiyaya yaxın mətbu orqanda belə bir cümlə niyə oxumuruq? Milçəkdən fil düzəltməyə hər zaman "hazır" olan "siyasətbazların" türkün sözü "aşırı səmimiyyət" və ya qeyri-təvazökarlıq nümayiş etdirməsini isə heç kim sübuta yetirə bilməz. Çünki bu partiyaya hər kəs bələddir. Digər tərəfdən, görəsən, Müsavat partiyasının başbilənlərinin iddia etdikləri o "1000 nəfər qurultay nümayəndəsi" niyə indiyədək seçilməyiblər? Özünü böyük, geniş, kök, piyli, ətli-canlı partiya sayan Müsavat partiyası bu 1000 nəfər qurultay nümayəndəsini "püşkatma" ilə seçəcək? Niyə həmin təşkilat komitəsi olan zad (əgər o da varsa) yerlərdə konfranslar-filan keçirmir? Axı adi prosedur qaydası mövcuddur.

İsa Qəmbər öz postunda qalmaqda iddialıdır

Nəzərə alınmalıdır ki, "Müsavat"ın qurultayı 4 ildən artıqdır ki, gecikir. Bu 4 ildə bəlkə də ayda 400 dəfə qurultay söhbəti salıblar. Amma bu qurultayın olub-olmayacağından dəm vuranlar, yer bəyənməyənlər demirlər ki, bu qurultayda "səs verəcək" insanlar nə vaxt və harada seçiləcək? Bir sözlə, Müsavat partiyasının sentyabr ayına "təxirə salınan" qurultayı yenə də baş tutmayacaq. Çünki bir daha vurğulamaq yerinə düşər ki, məsələ yer məsələsi deyil. Hər kəs anlayır ki, yer məsələsi olduqca primitiv "bəhanədir". Çünki məkan məsələsi burada nisbi xarakter daşıyır. Əsas iradədir ki, o da İsa Qəmbər başda olmaqla hazırki Müsavatın rəhbərliyində yoxdur. Sübut? Buyurun. Birincisi, qeyd edildiyi kimi Müsavatın yerlərdəki konfranslarının zaman etibarı ilə keçirilməsinə imkan olmayacaq (əlbəttə ki, yerlərdə konfrans keçirməyə üzv varsa). Çünki ən azından bu konfranslarda partiya funksionerləri iştirak etməlidir və bu da proqram əsasında həll edilməlidir. İkincisi, qurultayda sədrliyə namizəd olacaq şəxslər də yerlərdə özlərinin təbliğatlarını aparmalıdırlar. Amma hələ heç bir kəs rəsmən namizəd deyil. Bunda da Bakı şəhər İcra Hakimiyyəti günahkar deyil ki?Qurutlayın keçirilməməsinin səbəbi isə aşkardır. İsa Qəmbərin "bankomatına" çevrilən Müsavat partiyası onun şəxsi kommersiya obyektidir. Bu obyekti əldən vermək isə anti-azərbaycançı mərkəzlərin radikal düşərgəyə ötürdüyü maliyyədən əlinin üzülməsi deməkdir. Təsəvvür edin ki, son 21 ildə bir radikal düşərgə təmsilçisinə yanıq kibrit çöpünü güzəştə getməyən İ.Qəmbər öz kreslosunu və qazanması ehtimalı olunan pulu kiməsə güzəştə gedə bilər? Bu, sadəcə mümkünsüzdür...Hazırkı şəraitdə başqan və onun əsas tərəfdarları Müsavatın qurultayının vaxtını yubatmaqla, İsa Qəmbərin 2015-ci ildə keçiriləcək parlament seçkisinə aparan yolunu qısaltmaq istəyirlər. Bir sözlə, partiyada qurultay adıyla yeni siyasi oyunlar baş verir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər