PDF Oxu

Müxalifət

  • 47

Müsavatda başqanlıq oyununun pərdəarxası məqamları

Müsavatda başqanlıq oyununun pərdəarxası məqamları

İsa Qəmbərin siyasi karyerası necə olacaq?

Məlumdur ki, Müsavat partiyasında yeni başqanın kim olacağı ilə bağlı ziddiyyətlər günbəgün artmaqdadır. Xüsusilə də İsa Qəmbərin başqanlıqdan getməsi bu yerə iddialı olanların üzə çıxmasını aydın şəkildə göstərir. Başqanlığa iddialı olanlar açıq-aydın bildirirlər ki, artıq İsa Qəmbərin zamanı dolmuşdu və o, getməli idi. Lakin bu fikri reallaşdıran və başqanı yola salacaq yeganə "qüvvə" qurultayın keçirilməsidir. Bir neçə şəxs isə namizədliyini irəli sürəcəyi ilə bağlı iddiasını ortaya qoyub. Müsavat başqanı olmaq üçün namizədliyini açıq şəkildə mətbuata bildirən Gülağa Aslanlı, Tural Abbaslı, Arif Hacılı və Qubad İbadoğlu arasında demək olar ki, hər gün bu və ya digər formada münaqişələr baş verir.

İsa Qəmbər rayon təşkilatlarından narazıdır

Müsavat partiyasında verilən məlumata görə, İ.Qəmbər rayon təşkilatlarının nümayəndələri ilə gizli görüşündə təlimat verib ki, "partiya qurultay keçirmək üçün tam hazırdır və qurultay sentyabrın 27-də baş tutacaq. Ancaq siz də mənim fəaliyyətimə düzgün qiymət verin. Ona görə də rayon təşkilatları toplaşmalı, bizə köməklik göstərməlidirlər."

İ.Qəmbər həmin müşavirədə iştirak edən rayon təşkilatlarından gələn şəxslərə rayonlardakı vəziyyətlə bağlı narahat olduğunu bildirib. Deyib ki, "rayonlardakı dayaqlarımız gücləndirilmək əvəzinə, daha da seyrəlib. Elə bu günlərdə, yəni iyulun 10-da Qazaxın rayon təşkilat sədrinin istefa verməsi buna misaldır. Bunun üçün rayon təşkilatları ciddi işlər görməlidirlər". İ.Qəmbərin belə əsassız fikirləri ilə razılaşmayan rayon təşkilatları nümayəndələri qeyd ediblər ki, əgər aramızda Müsavatı dəstəkləyən bir neçə şəxs də artıq bizə etimad göstərmir. Səbəbini isə başqanın yarıtmaz fəaliyyəti və antimilli qüvvələrə işləməsi ilə əlaqələndiriblər. İ.Qəmbərdən qurultay tələb edən nümayəndələr bildiriblər ki, hazırkı vəziyyətdə qurultayın keçirilməsi çox vacibdir.

Başqanlığa namizədlər arasında ziddiyyətdlər daha da kəskinləşir

Başqanlıq məsələsi ilə bağlı "Səs" qəzetinə Müsavatın gənclər birliyindəki etibarlı mənbədən məlumatlar daxil olub. Mənbə bildirir ki, iki gün öncə başqan müavini Gülağa Aslanlı ilə İ.Qəmbər arasında partiya qərargahından kənar bir yerdə görüş olub. İ.Qəmbərin məqsədi onu başqanlıq iddiasından daşındırmaq imiş və buna nail də olub. Hətta G.Aslanlı başqa bir namizədi- partiyanın icra aparatının rəhbəri Arif Hacılını dəstəklədiyini mətbuata açıqlamasında da bildirib. Niyə məhz Arif Hacılı? Əslən Zaqataladan olan Arif Hacılı isə şimal qruplaşmasını təmsil edir. Onu müdafiə edən isə qardaşları və əsasən bu bölgədən olan müsavatçılardır. Bu qruplaşmanın təmsilçiləri isə iddia edirlər ki, son illər partiyanın əsas idarəetməsi onsuz da Arif Hacılının əlindədir. O, Müsavatda olduğu illərdə çox məhrumiyyətlərə məruz qalib, həbsə düşüb və bu gün başqan olmağa haqqı çatan ən layiqli namizəddir. Verilən məlumata görə, İ.Qəmbərin iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlu isə artıq doğulduğu Qarabağ zonasından olan müsavatçıları öz tərəfinə cəlb etməklə, təbliğatını aparmağa başlayıb. Maraqlıdır ki, regionçuluq məsələsi müsavatçıların özləri tərəfindən də gizlədilmir. Belə ki, mətbuata açıqlama verən Müsavat gənclər təşkilatının partiyadan uzaqlaşdırılan üzvü Samir Poladov açıq şəkildə bildirib ki, hazırda partiya daxilində Hacıbəyli qardaşları ilə digər müsavatçıların mübarizəsi gedir. Arif Hacılı tərəfindən partiyaya həsrət qoyulan bu gənc açıq şəkildə deyib ki, mərkəzi icra aparatının rəhbəri regionçuluq üzərində tərəfdarlar toplayıb başqan postuna yiyələnmək istəyir.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, bu il Müsavat partiyası üçün çox gərgin keçəcək. Sentyabr ayına qədər bir bir-birinə qarşı mübarizə aparan qruplaşmaların qurultaydan sonra da bir-birinə qarşı mübarizəni davam etdirəcəkləri danılmazdır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər