PDF Oxu

Müxalifət

  • 52

Müxalifətdə yeni parçalanmalar başladı

Müxalifətdə yeni parçalanmalar başladı

Zahid Oruc: "Bu şəkildə yanaşma özü də sübut edir ki, onlar özləri xeyli dərəcədə prinsipsizlik göstərirlər"

Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubleyinin keçirilməsi dağıdıcı müxalifət düşərgəsində olan ziddiyyətli prosesi birə-on qat artırmaqla yanaşı, həm də bir-birilərinə müxalif olduğunu bir daha sübut etdi. Sevinc və kədərlərini bölüşməyən Müsavat, AXCP, KXCP yubiley mərasimini fərqli məkanlarda, fərqli zamanda keçirdilər. Bu ayrılığı isə yenə də bir-birilərinə ünvanlanmış ittihamlarla izah etməyə çalışdılar. Bununla yanaşı, onu da xatırlamaq lazımdır ki, Əbülfəz Elçibəyi özlərinə lider elan edən bu qüvvələr elə eks-prezidentin vəfatı günü də Fəxri Xiyabana ayrı-ayrılıqda getmişdilər. Eyni siyasi kursu daşıdıqlarını iddia edən, lakin şəxsi maraqları daha önəmli sayan müxalifət bu fonda getdikcə daha da zəifləyir. Yaranmış durumda qarşıdan gələn bələdiyyə seçkilərində pərakəndə vəziyyətə düşmüş müxalifətin yenə də sarsıdıcı məğlubiyyətlə üzləşəcəyi qaçılmaz görünür.

Müxalifətdaxili acınacaqlı vəziyyəti şərh edən millət vəkili Zahid Oruc bildirir ki, nə milli ideyalar, nə hansısa keçmiş tarix, nə də vahid bir hərəkatdan çıxma ideoloji prinsipləri bu qüvvələri birləşdirmək gücündə deyil: "Faktiki olaraq, Azərbaycan Xalq Cəbhəsinin müxtəlif ünvanlarda keçirilən yubileyləri daha artıq dərəcədə həmin dövrün mirasına sahiblənmək niyyətidir. Bu və ya digər formada Sovet İttifaqının dağılmasından sonra bu qüvvənin milli azadlıq mübarizəsinə hansısa şəkildə iştirakı olub. Bu, Azərbaycanın bir müstəqillik tarixidir. Lakin təcrübəsizlik və başqa amillərinə görə cəmiyyət də onların məhz o dövrkü tarixinin üzərinə getmir. Yəni söhbət 1989-cu ildən, milli oyanışın ilk dövrlərindən gedir. Belə olan təqdirdə bu cür yubiley mərasimləri ilə sanki o dövrün tarixindən pay umurlar. Özlərinə hər hansısa bir xal qazanmağa çalışrlar. Amma əvəzində sanki cinayətlərə, məsuliyyətsizliyə, səriştəsizliyə də sahib çıxmaq istəmirlər. Belə olmur ki! Tarix özünün bütöv facisi ilə də, uğuları ilə də onlarındır. Bu şəkildə yanaşma özü də sübut edir ki, onlar özləri xeyli dərəcədə prinsipsizlik göstərirlər. Başqa tərəfdən Azərbaycan Xalq Cəbhəsi adına iddia edən çoxlu qüvvə var. Hüquqi və siyasi varislik məsələsində uzun illər ərzində çəkişmənin tarixi hər kəsə bəllidir. Əbülfəz Elçibəyi bir ideoloji-siyasi məktəb müəllifi kimi sayanlar yenə də məhdud yanaşmanı sərgiləyirlər. Axı xalq hərəkatında, meydan mübarizəsində ideya sahibi kimi mövqe tutmaq bir ayrıdır, real idarəetmə qüvvəsinə çevriləndə atılan addımların, verilən qərarların millət üçün doğurduğu nəticələr başqa bir məsələdir. Sonuncu daha çox önəmlidir. Alim nəyisə kitab şəklində ortalığa qoya bilər. Ancaq onu reallaşdırmaq məsələsində çox böyük qüsurlara yol açılırsa, deməli, biz onu bütöv qiymətləndirməliyik. Ona görə də Elçibəy adına iddia edənlərin bəziləri müsbət, bəziləri mənfi tərəfləri göstərirlərsə, bu, parçalanmanı, ziddiyyətləri sübut edir. Ona görə də bu yubileyi birləşdirici yox, ayırıcı tədbir hesab etmək olar".

Parçalanma fonunda müxalifətin bələdiyyə seçkilərindəki vəziyyətinə də aydınlıq gətirən Z.Oruc bildirdi ki, müxalif qüvvələrin bələdiyyə seçkilərində hər hansı bir uğur qazanması tamamilə qeyri-realdır: "Çünki onlar siyasi klubdurlar. Paytaxt məkanında, bəzən də elə qəzetdə mövcuddurlar. Ucqarlara getdikcə həmin partiyaların varlığı haqqında vətəndaşlarda ən ibtidai informasiyalar belə yoxdur. Həmin partiyaların bələdiyyə seçkilərində hansısa kənddə resurs ilə iştirak etməsi, mühüm ideoloji ilə işlərini, dəstəklənən platforma qurması tamamilə qeyri-realdır. Ölkənin keçdiyi inkişaf yolu var. İnsanlar da məhz o kursun fonunda hansısa problemlərin həllinə inanırlar. Ona görə bu seçkilər yenə də iqtidar partiyasının çox böyük üstünlyü əsasında başa çatacaq".

R.HÜSEYNOVA

Digər xəbərlər