Leyla Yunusun xəyanətkar portretinin ştrixləri...
Azərbaycanda elə "şəxslər" var ki, onlar siyasətçi donuna bürünüb millətini öz şəxsi mənafeyi naminə satmaqla məşğuldurlar. Maraqlı məqam ondan ibarətdir ki, bu gün aramızda "bir gözəlin xalına" bütün şəhəri qurban verən xəyanətkarlar da az deyil. Əgər siyasi cəhətdən küt, burunlarından uzağı görməyənlər özlərini siyasətçi adlandırırlarsa, Allah vursun belə siyasətçini. Əgər siyasətçi Vətəni satırsa... Və burada hikmətli xalq məsəli yada düşür: "Xarratlıq meymun işi deyil".
Sən kimsən Leyla Yunus, azərbaycanlı, yoxsa?..
Xarici maraqlı qüvvələr L.Yunusu "hüquq müdafiəçisi" kimi tanıyır. Amma əsl "hüquq müdafiəçisi" kimi yox, qondarma müdafiəçi kimi. Onun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hamıya məlumdur. Azərbaycana qarşı təbliğat aparması ilə L.Yunus özünü vətənpərvər kimi göstərsə də, onun Xankəndidə, Ermənistanda və Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumu olması da hamıya bəllidir. O da məlumdur ki, bir vaxtlar L.Yunus Rusiya Federasiyası Dumasının erməni mənşəli deputatı Marina Salyan və Rusiyanın hüquq müdafiəçisi, ermənilərin dostu, azərbaycanlıların isə qəddar düşməni, qətlə yetirilən Qalina Staravoytova ilə yaxın münasibəti də olub. Bu isti münasibət nəticəsində Azərbaycan haqqında məxfi məlumatlar ermənilərə çatdırılıb.
Ermənistanın kəşfiyyat orqanlarının casusu
Kimdir L.Yunus? Əgər xatırlayırsınızsa, müxalifət hakimiyyət başında olanda L.Yunus 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və videomaterialları Ermənistanın kəşfiyyat idarəsinə ötürmüşdür. Bunun müqabilində də o, küllü miqdarda pul əldə etmişdir. Lakin onun "qəhrəmanlıqları" bununla məhdudlaşmamışdır. Belə ki, o vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxarmış, bundan əldə etdiklərini isə Almaniyadakı bank hesabına köçürmüşdür. Bütün bunlardan sonra onun Azərbaycan adından danışması ən azı yaramazlıqdır.
Yunus David - Leyla Yunusun növbədənkənar "ərləri"
Bir çox mənbələr L.Yunusun erməni xüsusi kəşfiyyat orqanlarının ştatdankənar işçisi olduğunu bildirir. Hətta aylıq vəzifə maaşı da aldığı bildirilir. Onun 1994-1995-ci illərdə Ermənistanın Milli Təhlükəsizlik naziri ilə sıcaq münasibətləri olduğu, onlar arasında xüsusi münasibətlərin qurulduğu deyilir. Onun digər erməni dostu Yunus David olduğu söylənilir. Bu, o Daviddir ki, L.Yunus məhz onun köməkliyi ilə 2004-cü ildə Ermənistanın tədqiqatçı jurnalistlər təşkilatından 50000 avro məbləğində iki dəfə qrant almışdır. O, həm də L.Yunusun növbədənkənar "əridir".
L.Yunusun sıx ünsiyyətdə olduğu erməni "ərlərindən" biri də Nikolas Danilasyandır. Nikolas - erməni casusudur. O, ölkə ərazisində ABŞ-ın xüsusi kəşfiyyat orqanına işləyən və ölkə ərazisindən qovulan xaindir. O, L.Yunusu təlimatlandırmışdı ki, Azərbaycanda yaşayan azsaylı milli azlıqlarla bağlı nifaq salsın, etnik qarşıdurmalar yaratsın. Sözsüz ki, o, bununla erməni xüsusi xidmət orqanlarına xidmət edir. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis Limited" və "Hayqrov Konstaltinq Servis Limited" qeyri-hökumət təşkilatlarının əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan bilavasitə casus materialları yaymışdır. Bütün bunlar təsdiq olunmuş faktlardır. Hansı ki, bu faktları təkzib etmək mümkün deyil.
Göründüyü kimi, Leyla Yunus və əri Arif Yunus Azərbaycanın milli maraqlarının təhlükə qarşısına atılması müqabilində şəxsi mənafeyini realizə etmək kimi "müqəddəs" missiyanı üzərilərinə götürüblər. Onlar üçün fərqi yoxdur kim kimdir: istər azərbaycanlıların qatili olan ermənilər, istərsə də qeyri-ermənilər. Çünki Arif Yunusun anasının erməni olduğu danılmaz faktdır. Fakt faktlığında qalır. Leyla Yunus Azərbaycanda ən prinsipial ermənipərəstdir. Necə də olmasın! Axı böyür-başı elə onlarla doludur, əməkdaşlıq etdiyi kəslər elə onlardan ibarətdir. Leyla Yunus həm də ən prinsipial demokratiya düşmənidir. Bunu onun fəaliyyəti, həm də sonrakı illərdə "hüquq müdafiəçisi" kimi ermənipərəstliyi bir daha sübut etdi. Sübut olundu ki, bu ermənipərəst "hüquq müdafiəçisi" ən kiçik məqamdan belə, istifadə edərək, hər an Azərbaycanı, doğma Vətənini belə satmağa hazırdır. Reallıq budur.
Rəfiqə HÜSEYNOVA