Avqustun 18-də Müsavat Partiyasında başqanlığa namizədlər Arif Hacılı ilə Qubad İbadoğlu arasında vaş verən qarşıdurma olayı məhz ACXP sədri Əli Kərimli tərəfindən "facebook"da paylaşılıb. SİA-ya Cəbhədəki mənbə tərəfindən daxil olan səhih məlumata görə, mətbuat bu xəbəri
AXCP-nin "facebook"da "Gizli İşgüzar Qrupu"nda müzakirəyə çıxarılmasından sonra yaymağa başlayıb.
Mənbə bildirib ki, Əli Kərimli tərəfindən yaradılan sosial şəbəkə qrupunun kifayət qədər üzvü var. Belə ki, orada müzakirə olunan mövzuların müəyyənləşdirilməsində bilavasitə AXCP rəhbərliyi rol alır. Gizli qrupa yalnız Cəbhəyə üzv olan tərəflər baxa bilər, digərləri isə həmin qrupa buraxılmırlar.
Xatırladaq ki, sözügedən xəbər ilk olaraq "Bizim yol" qəzetində yayılıb və sonradan digər mətbu orqanlar bu informasiyanı yerləşdiriblər. Mənbə həmçinin bildirib ki, əsas məqsəd Müsavat haqqında müxalifət düşərgəsində yalnış rəylərin formalaşdırılmasıdır.
Qeyd edək ki, SİA-ya açıqlama verən Müsavat rəsmirləri – Divan üzvü Tural Abbaslı, başqan müşaviri Mustafa Hacıbəyli, eləcə də partiyaya yaxınlığı ilə seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də sözügedən məlumatın Müsavata qarşı təxribat olduğunu istisna etməyiblər.
sia.az