PDF Oxu

Müxalifət

  • 47

Asəf Quliyev AXCP və Müsavat rəhbərliyini diktator adlandırdı

Asəf Quliyev AXCP və Müsavat rəhbərliyini diktator adlandırdı

"Ziddiyyətlərə digər partiyalar da qoşulur"

"İyirmi ildir ki, müxalifətdə birlik məsələlərini, partiyalararası münasibətləri görürük. Nəticəsi də ortadadır". SİA xəbər verir ki, sözügedən fikirləri vaxtilə AXCP-də sədr müavinini postunda olmuş, sonradan isə həmin partiyadan ayrılaraq "Xalq arzusu" hərəkatını yaratmış Asəf Quliyev düşərgədaxili intriqaları şərh edərkən deyib.

Hərəkat rəhbəri heç bir partiya ilə əməkdaşlıq etməyəcəyini də qeyd edib və müstəqil siyasət yürüdəcəyini bildirib: "Hər hansı partiya ilə əməkdaşlığa getmək, yaxud hansısa birlikdə təmsil olunmaq fikrimiz yoxdur. Biz çalışacağıq ki, müstəqil addım ataq".

Müxtəlif partiyalar arasında yaşanan qarşıdurmaların səbəbini də izah edən Asəf Quliyev baş verənlərin kökünün AXCP və Müsavat olduğunu vurğulayıb: "Qısa olaraq onu deyə bilərəm ki, 1990-cı illərdə AXCP və Müsavat arasında baş verən ziddiyyətlər bu gün də davam edir. Bu ziddiyyətlərə digər partiyalar da qoşulur və bütün proseslər birləşmək yox, partiya maraqları üzərində aparılır. Buna görə də heç bir birlik alınmır. Digər tərəfdən Azərbaycanda partiya sistemi ilə birliyə nail olmaq mümkün deyil. Bizə yeni təşkilat forması lazımdır. Burada kiminsə sədrliyi, diktatorluğu yox, ümumi, kollegial idarəetmə olmalıdır. Yalnız bununla hansısa nəticələrə çatmaq olar".

sia.az

Digər xəbərlər