PDF Oxu

Müxalifət

  • 56

Zərdüşt Əlizadə: “Xalq Cəbhəsinin qurultayında sədri fırıldaqla seçdilər” MÖVQE

Zərdüşt Əlizadə: “Xalq Cəbhəsinin qurultayında sədri fırıldaqla seçdilər” MÖVQE

"Mən 1988-ci ildə bu hərəkatın başında duran şəxslərdən biri olmuşam və o zaman görürdüm ki, burada insanları ümummilli maraqlardan daha çox qrup və fərdi mənafelər maraqlandırır". SİA-nın məlumatına görə, sözügedən fikirləri politoloq Zərdüşt Əlizadə müxalifət düşərgəsində baş verən son qarşıdurmalara münasibət bildirərkən deyib.

Onun fikrincə, əslində AXCP yarandığı gündən qarşıdurmalar yuvası olub: "1989-cu ildə xalqı birləşdirməli olan Xalq Cəbhəsinin qurultayında sədri fırıldaqla seçdilər. Xalqı təkamül və qanuni yolla qələbəyə aparmaq əvəzinə çalışdılar ki, ölkə zəif olsun. Xalq Cəbhəsində əvvəlcədən İsa Qəmbər-Etibar Məmmədov qarşıdurması var idi. İndi İsa Qəmbər-Əli Kərimli qarşıdurması hökm sürür". Politoloq AXCP-nin, ya da Müsavatın ətrafında toplaşan cırtdan partiyalarını quyruqbulayan adlandıraraq, onların heç birinin xalq mənafeyinə çalışmadıqlarını deyib: "Ortada quyruq bulayan bir neçə partiya var ki, onlar da öz mənafelərini güdürlər. Yəni insanların, millətin mənafeyini güdən çox azdır".

Zərdüşt Əlizadə onu da bildirdi ki, Xalq Cəbhəsi öz adına görə Azərbaycanda ilk demokratik təşkilat olsa da, ilk təsis konfransında fırıldaq, ikinci təsis konfransında isə saxtakarlıq, adam döymək, böhtan yaşandı: "Bu proses indiyə qədər davam edir. İndiki partiyaların mütləq əksəriyyəti də həmin cəbhənin şinelindən çıxıblar. Bu mənada deyə bilərik ki, qeyri-adi bir şeylər baş vermir".

sia.az

Digər xəbərlər