Mirmahmud Mirəlioğlu: "Əli Kərimli kimi siyasi oyunbaz, siyasi əxlaqsız və xəyanətkar görməmişəm"
KXCP sədri Miriahmud Mirəlioğlu son günlər AXCP sədri Əli Kərimlinin siyasi oyunbazlıq və siyasi əxlaqsızlığının həddini aşdığının bildirərək bəyan etmişdi ki, Azərbaycan siyasətində Əli Kərimli qədər xəyanətkar görməyib: "AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb".
KXCP sədri onu da bildirib ki, mən Əli Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm: "Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazandığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək kimi işlərin altına imza atan Əli Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. Belələri nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub saxlamışdı. Amma ona qarşı Əli Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Müxalifətin içinə intriqa salmaq, düşərgəni dağıtmaq üçün cəhdlərə baş vurmaq, mümkün qədər korporativ maraqları önə çıxarmaq kimi vərdişlərə sahib olan AXCP sədri bu hərəkətləri ilə özünü qorumağa çalışırdı ki, yekunda daş fırlanıb özünə dəydi. Axırda da məlum oldu ki, onun indiyə qədər "xəyanətkar" adlandırdığı şəxslər, əslində kifayət qədər aydın fikirli insanlar olublar və xəyanətkarın ən yekəsi də özüdür".
M.Mirəlioğlu onu da bildirib ki, sözügedən şəxs fərdi keyfiyyətlərinə görə də siyasət adamı olmağa layiq deyil: "Fərdi xüsusiyyətlərinə görə daha çox araqarışdıran missiyasını üzərinə götürmüş, xaricdən aldığı pullar sayəsində şəxsi mənafeyini qorumaq üçün yararlanmaq kimi işlərə baş vuran AXCP sədri bu hərəkətləri ilə özü barədə mənfi reputasiya yaratmağa səbəb olub. Bu gün məhz onun intriqabazlığı, hadisələrə obyektiv deyil, qərəzli yanaşma tərzi nümayiş etdirməsi partiyasının məhvinə gətirib çıxarmaqdadır. Xəyanətkarlığı, çirkin hərəkətləri, şərləmə kampaniyaları aparması səbəbindən ən sədaqətli dostları belə onu tərk edərək, ayrı-ayrı partiyalarda fəaliyyət göstərməyə başladılar. Səbəb də bu idi ki, onlar bu cür ləyaqətlə siyasi meydanda qalmaq və ya mübarizə aparmaq istəmirdilər. Onlar Əli Kərimlinin ləyaqətini qəbul etməyib, onun qədər iyrənc olmaq istəmirdilər. Onlar istəmirdilər ki, cəmiyyətdə barələrində mənfi fikirlər yaransın və həyatı başdan-başa yalanın üzərində qurulmuş birinin şəxsi maraqlarına qurban getsinlər. Bir sözlə, Əli Kərimli özünün siyasəti, mədəniyyəti, ədəbi, əxlaqı və fərdi keyfiyyətlərinə görə, heç də başqalarına örnək ola biləcək qədər xüsusiyyətə malik deyil. Onun siyasi arenada qalması isə mahiyyət etibarilə Azərbaycan cəmiyyətinə zərər verməkdən başqa heç də dividend qazandırmır. Bu səbəbdən də özünün çirkin oyunlarını bir kənara qoyub, sadəcə, kiçik bir etiraf edərək, siyasi arenadan getməsi daha məsləhətlidir. Ona görə ki, bu cəmiyyət tərbiyyəsi şübhəli, əxlaqı ziddiyyətli olan birini nə qəbul edir, nə də bu cür xəyanətkarları bağışlamağı sevir".
Ü.ƏSGƏROV