PDF Oxu

Müxalifət

  • 33

"Ermənilər bu qətnaməni satın alıblar" ŞOK

"Ermənilər bu qətnaməni satın alıblar" ŞOK

Qabil Hüseynli: "Kaliforniya Senatının qəbul etdiyi qərar heç bir hüquqi qüvvəyə malik deyil"

"Kaliforniya ştatının, yaxud da digər hər hansı ABŞ ştatının tanınmayan, separatçı, qondarma respublikaların tanınması üçün qətnamə qəbul etmək səlahiyyəti yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın Kaliforniya ştatının Senatında qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibətini bildirərkən deyib.

Politoloq qeyd edib ki, belə təşəbbüslər Amerika Senatının, Konqresinin, yaxud da prezidentinin əlində ola bilər: "Ümumiyyətlə, Kaliforniya ştatının Senatının qəbul etdiyi qərar hüquqi nöqteyi-nəzərdən əsaslandırılmamış qərardır və heç bir hüquqi qüvvəyə malik deyil".

Qabil Hüseynli onu da xatırladıb ki, Kaliforniya ştatı ermənilərin ən çox yaşadığı ştatlardan biridir və sirr deyil ki, erməni lobbisi sözügedən qətnaməni satın alıb: "Digər tərəfdən, o da bəllidir ki, bu ştatda xeyli erməni yaşayır. Ona görə də bu qərarın verilməsi onu göstərir ki, Amerikada erməni lobbisi güclü təsirə malikdir və ABŞ-ın xarici siyasətinə müəyyən təzyiqlər edə bilir. Bu həm də onu göstərir ki, sözügedən qətnamənin qəbul edilməsi siyasi korrupsiyanın mövcud olması deməkdir. Orada hər şey, eləcə də siyasət alınıb-satılır. Ona görə də Kaliforniya ştatının Senatında səs verən deputatların da satın alınması şübhəsizdir. Yəni erməni lobbisi bu qərarı satın alıb".

sia.az

Digər xəbərlər