PDF Oxu

Müxalifət

  • 55

Rüstəm İbrahimbəyov xalqımızı təhqir etdi

Rüstəm İbrahimbəyov xalqımızı təhqir etdi

Ziyalılar forumunun həmtəsisçisi Rüstəm İbrahimbəyov uzun müddətli sükutdan sonra danışıb. Daha siyasətlə qətiyyən maraqlanmadığını deyən R.İbrahimbəyov Azərbaycan müxalifətinin hazırkı durumu ilə bağlı sualları cavablandırıb. O bildirib ki, nəinki müxalifət lideləri ilə, heç vaxtilə bir yerdə nəfəs aldıqları Eldar Namazovla da əlaqəsi yoxdur. O, müxalifətlə bağlı danışmaqdan məqsədli şəkildə yayınsa da, ermənilər haqqında böyük həvəslə danışıb. O, qeyd edib ki, ermənilərlə qohumluq pis şey deyil: "Bilirsiniz, bu, çox biabırçı bir şeydir. Adam erməni ilə də qohum ola bilər, gürcü ilə də, amerikalı ilə də. Nə olar erməni ilə qohum olanda?"

Bunun ardınca R.İbrahimbəyov azərbaycanlı olmağına kinayəli yanaşıb və əslində bununla heç də fəxr etmədiyini bildirib: "Bu, nə deməkdir? Mən təmiz azərbaycanlıyam, yəni bununla fəxr eləməliyəm? Hər şey ola bilər. Mən belə məsələlərlə heç vaxt razılaşmamışam. Bu, vəhşi yanaşmadır. Erməni qohumları var, nə olar? Uşağın nənəsi erməni olub. Nə olsun?"

Göründüyü kimi, azərbaycanlı olmağı elə də yaxşı bir hal hesab eləməyən R.İbrahimbəyov açıq şəkildə etiraf edir ki, azərbaycanlı olmağından məmnun deyil. Bunun ardınca isə, ermənilərlə qohumluğun şirinliyindən, üstünlüklərindən danışır və onlara olan rəğbətini ifadə edir.

Əslində R.İbrahimbəyovun ermənilərə olan sevgisi anlaşılandır. Uzun illərdir ki, bu adam ermənilərlə əməkdaşlıq edir, onlara xidmət göstərir. Hətta Əkrəm Əylislinin "Daş yuxular" əsəri Ermənistanda böyük sevgi ilə qarşılananda, bu əsərin lentə alınmıası, film çəkilməsi iddiası ilə bağlı ilk çıxış edən də məhz R.İbrahimbəyov oldu. Bundan bir müddət sonra qondarma "erməni soyqırımı" iddiasının gündəmdə olduğu bir ərəfədə R.İbrahimbəyov "Azadlıq" qəzetinə müsahibə verərək, Qarabağın Azərbaycana qaytarılmasının elə də vacib olmadığını bildirdi. Daha sonra o, İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli və digər müxalifət funksionerlərinin Avropa erməni lobbi təşkilatları ilə əməkdaşlıq etmələri üçün əlindən gələni etdi. Məhz seçkilər ərəfəsində Azərbaycan müxalifəti milyonlarla qrantlar, çirkli pullar alıb öz çirkin niyyətlərini ölkəmizdə həyata keçirmək istədilər.

Şübhəsiz ki, artıq Azərbaycana dönməyə üzü olmayan R.İbrahimbəyov bu ahıl yaşında hansı yola düşdüyünü dərk eləyir və yəqin ki, onun digər xəyanətkar addımları kimi ermənilərə olan sevgisi, öz xalqına olan kinayəli münasibəti də böyük qınağa səbəb olacaq.

S.Feyruzov

Digər xəbərlər