PDF Oxu

Müxalifət

  • 84

İsa Qəmbər başqanbaşı olacaq MÖVQE

İsa Qəmbər başqanbaşı olacaq MÖVQE

Araz Əlizadə: "Müsavatçıların işi-gücü yoxdur?"

"İsa Qəmbərə başqanın başı postu verilə bilər. Yəni o da olacaq başqanbaşı. Amma o başın bədənin hansı nahiyəsində olacağı bilinməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Divanının üzvü Nüşabə Sadıqlının partiyanın VIII qurultayında İsa Qəmbərə başqandan da üstün rəsmi post verilməsi təklifi ilə çıxış edəcəyi fikirlərinə və bu təklifin digər müsavatçılar tərəfindən dəstəklənməsinə münasibət bildirərkən deyib. ASDP sədrinin fikrincə, müsavatçılar bunu reallaşdırsalar, demək AMİP-dən oğurluq edəcəklər: "Bunlar indi də AMİP-dən oğurluq etmək istəyirlər. AMİP-də partiyanın sədri və lideri var. Bütün bunlar isə partiyada heç nəyi dəyişmir. Yəni bu kimi oyunbazlıqlara gedərək qalmaq deyirlər. Əgər ağılları olsaydı, onlar partiyanın nizamnaməsində dəyişiklik edərdilər. Yəni İsa Qəmbər ölənə kimi başqan seçilə bilərdi. Daha dəqiqi, başqanlığa məhdudiyyət qoymazdılar. Məsələn, ASDP-də sədr olmaq üçün məhdudiyyət yoxdur. 16 il Helmut Kol Almaniyanın kansleri oldu, dünya dağılmadı ki! Artıq hazırkı kansler Anjela Merkel də 16 ilə yaxındır ki, bu vəzifədədir. İndi bunların da işi-gücü qurtarıb və hər şeyi meymun kimi ABŞ-dan, Almaniyadan götürürlər". Xatırladaq ki, Müsavat Partiyasının qurultayı sentyabrın 27-nə təyin olunub və artıq başqanlığa namizədlər rəsmən öz namizədliklərini irəli sürməkdədirlər.

sia.az

Digər xəbərlər