PDF Oxu

Müxalifət

  • 54

AXCP Müsavatda edilən təkliflə bağlı SUSDU

AXCP Müsavatda edilən təkliflə bağlı SUSDU

"Biz müsavatçı deyilik"

"Mən Müsavat Partiyası ilə bağlı heç bir fikir bildirmək istəmirəm". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Divanının üzvü Nüşabə Sadıqlının partiyanın VIII qurultayında İsa Qəmbərə başqandan da üstün rəsmi post verilməsi təklifinə münasibət bildirərkən deyib.

Cəbhəçi olduğunu xatırladan Fuad Qəhrəmanlı bildirib ki, onun və partiyadaşlarının müsavatçılığa heç bir aidiyyatları yoxdur: "Mənim Müsavata və müsavatçılığa heç bir aidiyyatım yoxdur. Hansı qərar qəbul edirlərsə, özləri bilərlər".

Digər AXCP-çi funksioner – partiya sədri Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu (Ədilov) da bildirib ki, o müsavatçıların yerinə danışmaq istəmir: "Nüşabə Sadıxlının təklifinin necə qarşılandığını elə müsavatçıların özlərindən soruşun".

Xatırladaq ki, prezident seçkilərindən sonra Milli Şura sıralarını tərk edən Müsavat Partiyasının AXCP ilə münasibətləri korlanıb. Bu səbəbdən tərəflər bir-birlərinin fəaliyyətləri ilə bağlı hər hansı bir fikir bildirməkdən çəkinirlər.

sia.az

Digər xəbərlər