"Qoy o da Eldəniz Quliyevin burada polisləri təhqir etdiyi kimi orada desin ki, Amerika polisi köpəkdir"
"Deyirlər ki, adımı sənə qoyaram, səni də yana-yana. Başqasını təhqir edən insan, ilk növbədə özünü təhqir edir". Sözügedən fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat (ASDP) partiyasının sədri Araz Əlizadə Rüstəm İbrahimbəyovun Eldəniz Quliyevin həbs olunacağı təqdirdə bunun Azərbaycanın beybəlxalq imici üçün yaxşı nəticə verməyəcəyi haqda dediyi fikirlərə münasibətini bildirərkən deyib.ASDP sədri xatırladıb ki, Eldəniz Quliyev heç bir şəkildə Azərbaycan polisinə qarşı təhqiredici fikir səsləndirməməliydi. Hətta o bu gün təhqir deyil, tənqid etdiyini iddia edirsə belə, bu iddia heç nəyi həll etmir: "Çünki həmin təhqir edilib və bu mətbuatda da yaılıb".
Rüstəm İbrahimbəyovun Eldəniz Quliyevin müdafiəsi ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə isə Araz Əlizadə deyib ki, Rüstəm İbrahimbəyov müəyyənləşdirə bilməyib ki, onun Vətəni haradadır: "Yəni Vətənini müəyyənlşdirə bilməyən bir insan ümumiyyətlə, Azərbaycanda baş verən hər hansı bir məsələ ilə bağlı danışa bilməz. Çünki Azərbaycanın həyatı var və bu həyat da azərbaycanlılar, buranı özünə Vətən hesab edənlər üçündür. Azərbaycanın həyatı buranı özünə Vətən hesab etməyənə aid deyil. Bu insanlar ki, var özlərini müxalifətçi hesab edirlər və s. onların heç biri əslində, özlərini azərbaycanlı saymırlar. Əgər onlar azərbaycanlı deyillərsə, getsinlər, otursunlar, danışsınlar ki, Fürusson şəhərində, ABŞ-da demokrat Amerika rəhbərliyi öz xalqına qarşı hansı divanı tuturlar. Getsinlər danışsınlar ki, bu gün həmin "demokratiyanın" sayəsində Ukraynada, Suriyada, İraqda minlərlə insan qətlə yetirilir, həyatlar sönür".
"Yaxşı olardı ki, əgər Rüstəm İbrahimbəyov həqiqətən də insandırsa, onun insanlıqdan xəbəri varsa, bunlardan danışsın", - deyən Araz Əlizadə bildirib ki, əgər Rüstəm İbrahimbəyov ABŞ vətəndşıdırsa, getsin Amerikada baş verən hadisələrdən danışsın. Qoy o da Eldəniz Quliyevin burada polisləri təhqir etdiyi kimi orada desin ki, Amerika polisi köpəkdir, itdir və s. Bunlar hamısı bir xəmirdən yoğrulublar. Rauf Mirqədirov həbs ediləndə Leyla Yunus tumanını başına çəkidri ki, məni də tutsunlar. Çünki mən də onunla bir yerdə olmuşam, birgə fəaliyyət göstərmişəm. Ancaq həbs olunanda yenə də həmin tumanını çəkdi başına ki, bəs məni həbs etdilər. Ona görə də belələrinin nə danışdıqlarını təhlil etməyə ehtiyac görmürəm".
Xatırladaq ki, Eldəniz Quliyev Azərbaycan polisini təhqir etdiyinə görə, daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilib. Hazırda iş məhkəmənin icraatına götürülüb.
sia.az