Bu gün siyasi düşərgədə kimlə həmsöhbət olsan Müsavatda baş verən qarşıdurmalardan danışacaq. Mətbuatı da izləsən, İsa Qəmbərin rəhbərlik etdiyi partiyada ciddi qarşıdurmaların mövcudluğu barədə məlumatlar oxuyarsan. Bu, o demək deyil ki, Müsavat diqqət mərkəzində olan partiyadır. Sadəcə, bu təşkilatın qeyri-ciddi bir qurum olaraq müxalifətin üz qarası sayılan partiya olduğunu göstərir. Amma təəccüblü, həm də maraq doğuran məqam ondan ibarətdir ki, Müsavatın gülünc vəziyyətə düşməsi partiya qurucularını bir o qədər narahat etmir. Bu da onunla bağlıdır ki, çəkişən tərəflər iddialarını reallaşdırmaq yolunda Müsavatın parçalanmasından belə imtina etməzlər. Əgər belə olmasaydı, Müsavatın əsas simalarından olan Hikmət Hacızadə, Arif Hacılı, Tural Abbaslı, Qubad İbadoğlu, Səxavət Əlisoy və digərləri bir-birinə qarşı pərdəarxası mübarizələrini açıq müstəviyə keçirib bir-birini söyüb, təhqir etməzdi. Müsavat başqanı İ.Qəmbərin isə baş verənlərə seyrçi qalması isə artıq onun tükəndiyindən xəbər verir. Eləcə də bizim qoşduğumuz gözəl şeir bunu ifadə etməkdədir:
Bu başqanın ömrü yarı, qəlb yaralı, möhnəti var,
Cinsi Leyli, baş qrija, onda Məcnun töhməti var.
Ad cilalı qiymətli daş, dəliliyə meyilli baş,
Qarşıdurmadan yrx yaddaş, dildə min cür qeybəti var.
Qubad İbadoğlu Arif Hacılıya meydan oxuyur
Müsavatın sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan qurultayının vaxtı daraldıqca, partiyadaxili başqanlığa iddialı şəxslərin mübarizəsi daha da genişlənir. Demək olar ki, hər gün S.Əlisoy Q.İbadoğlu haqqında, T.Abbaslı isə S.Əlisoy haqqında təhqiramiz ifadələrə rast gəlinir. Ümumilikdə isə, bu üç şəxs bəzən qüvvələrini A.Hacılıya qarşı yönəldib onu gözdən salmağa çalışır. Q.İbadoğlu A.Hacılını təhqir edərək, onun partiyanın icra aparatının rəhbərliyindən istefa verməsinin vacib olduğunu söyləyib. T.Abbaslı isə bir qədər də dərinə gedərək, A.Hacılının başqanlığa iddiasının Müsavat üçün utanc gətirdiyini söyləyib. S.Əlisoy isə hədələyici bəyanatla çıxış edərək, A.Hacılının Müsavat başqanı seçiləcəyi təqdirdə, partiyadan istefa verəcəyini bildirib. Maraqlıdır ki, bu cür söyüş və təhqirlərin böyük əksəriyyəti Rauf Arifoğlunun rəhbərlik etdiyi "Yeni Müsavat" qəzetində dərc olunur. Fakt isə onu deməyə əsas verir ki, A.Hacılıya qarşı təhqiramiz ifadələrin səslənməsinin arxasında R.Arifoğlu dayanır. Baxmayaraq ki, bir qədər əvvəl R.Arifoğlunun A.Hacılı ilə eyni maraqları bölüşən şəxs kimi təqdim olunub. Hətta Sülhəddin Əkbərin Müsavatdan uzaqlaşdırılmasında A.Hacılıya dəstək verən şəxslər sırasında R.Arifoğlunun adı xüsusi vurğu ilə çəkilib. Amma indi R.Arifoğlunun adı A.Hacılıya rəqib şəxslər siyahısında çəkilir. Bu fakta əsasən, demək olar ki, həqiqətən də R.Arifoğlu dostluğu və düşmənçiliyi bilinməyən məxluqlardandır. Bu baxımdan, Müsavatı qurultaydan sonra qaranlıq günlər gözlədiyini söyləmək olar. Çünki Müsavatda hazırkı mərhələdə it yiyəsini tanımır. Konkret desək, kimin kiminlə olduğu və kimlərin hansı mənsəbə qulluq etdiyi bəlli deyil. Ona görə də qurultaydan sonra Müsavatın parçalanması qaçılmazdır.
İ.ƏLİYEV