PDF Oxu

Müxalifət

  • 64

SATQIN MÜXALİFƏT

SATQIN MÜXALİFƏT

Və ya AXCP sədri Əli Kərimli digər radikal müxalifət "liderlərini" üstələyir?

Bu gün ölkədə siyasətlə ilgilənən sadə insanları həm də belə bir sual maraqlandırır - nəyə görə dağıdıcı müxalifət öz fəaliyyətini sivil, normal siyasi mübarizə üzərində deyil, məhz destruktivlik, xəyanət, eləcə də qərəz üzərində qurur? Belə ki, daha öncələrdə olduğu kimi, radikal düşərgənin "liderləri" yenə də sözügedən fəaliyyətləri nəticəsində bu kimi fəaliyyətlətini davam etdirməkdədirlər. Bu fəaliyyət çərçivəsində daha çox nəzərə çarpan fərd kimi AXCP sədri Əli Kərimli digər radikal müxalifət "liderlərini" üstələyir.

Hətta ən son rüsvayçı, rəzil üsullara belə əl atırlar

Çünki digərlərindən fərqli olaraq, AXCP sədri həm sosial şəbəkədə "klaviatura qəhrəmanlığı" edir, həm də daha çox Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan və erməni lobbisinin nəzarətində olan xarici mətbu orqanlarla əməkdaşlıq edir. Bunu bilavasitə Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin səhifələrindən də görmək mümkündür. Və o da sirr deyil ki, Əli Kərimli və digərləri müəyyən dairələrin qrantlarını və yardımlarını almaq üçün bütün norma və dəyərləri unudaraq, hətta ən son rüsvayçı, rəzil üsullara belə əl atırlar. Təbii ki, siyasətin xəyanət üzərində qurulması amili normal düşüncəyə malik olan cəmiyyət tərəfindən birmənalı şəkildə rədd edilir.

Digər tərəfdən, o da sirr deyil ki, dağıdıcı müxalifət "liderləri" zaman-zaman ölkəmizdə akkreditasiya olunan müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə görüşlər keçirirlər. Çünki hər belə görüşlərdən sonra dağıdıcı müxalifət icazəsiz aksiyalar keçirir, cəmiyyətdə pozuculuq aktları həyata keçirəcəkləri haqda bəyanatlar səsləndirir.

AXCP sədri haqqında öz keçmiş partiyadaşları da analoji fikirdədirlər

Bu xəyanətlərin arasında AXCP daxilində baş verənlər xüsusilə diqqət çəkəndir. Belə demək mümkündürsə, xəyanət "salnaməsini" xatırladan bu partiyada baş verənlərin cəmiyyətə açıqlamasında əsas rol elə düşərgə təmsilçilərinə aiddir. Radikal düşərgədə xəyanətləri dillərə dastan olmuş partiya sədrlərindən sayılan Əli Kərimli haqqında öz keçmiş partiyadaşları, indiki şuradaşları da analoji fikirdədirlər.

Son günlər Əli Kərimlinin hədəfində Eldar Namazovun da olduğu söylənilir. Bu işin də arxasında İsa Qəmbərin dayandığı deyilir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl qəzetlərdən birində Əbülfəz Elçibəyin qardaşının xəstə olduğunu, ona heç kimin kömək etmədiyini müsahibəsi zamanı demişdi. Əldə etdiyimiz məlumata görə, o, Əli Kərimliyə müraciət etmiş, Əli Kərimli də ona elə az miqdarda pul təklif etmişdi ki, Elçibəyin qardaşı özünü təhqir olunmuş hesab edib, o pulu götürməmişdi.

"Cəbhə" şefinin hansı vəziyyətə düşəcəyini isə bəri başdan görmək mümkündür

Digər məlumata görə, Əli Kərimli özünün şəxsi tələbatı üçün ayda 10 min manat xərcləyir. Bütün bunlar isə Əli Kərimlinin əldə etdiyi çirkli qrant pullarıdır. Beləliklə, nə sıravi partiyadaşlarını, nə də ona inananları hesaba almayan Əli Kərimli bütün gücünü para-pul qazanmağa sərf edib. Çünki onun özü də yaxşı bilir ki, hakimiyyətə gələ bilməyəcək. Ona görə də AXCP və "Milli Şura" vasitəsilə "nə qazandımsa qazandım" prinsipini öz xəyanət fəaliyyəti üzərində qurur. Belə fəaliyyət isə uzunömürlü olmur. Çünki bu gün ona pul xərcləyən xarici təşkilatlar da yaxın zamanlarda görəcəklər ki, Əli Kərimliyə verdikləri pullar təyin olunmuş yerlərə xərclənmir və AXCP sədrinin cibinə axır. Bax, onda "cəbhə" sədrinin xəyanət üzrərində yığdığı qrant selinin qarşısı bənd kimi kəsiləcək. Onda isə "cəbhə" şefinin hansı vəziyyətə düşəcəyini isə bəri başdan görmək mümkündür.

Mübariz QULİYEV

Digər xəbərlər