"Kimliyindən, tutduğu vəzifəsindən, əqidəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əgər bunu Səid Nuri kimi insanlar dərk edə bilmirlərsə, bu tamam ayrı məsələdir". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Səid Nurinin "onlar başa düşmür ki, mən ABŞ vətəndaşıyam" fikrinə münasibət bildirərkən deyib.Şura üzvünün sözlərinə görə, S. Nuri Azərbaycan vətəndaşı olmasa belə, əgər o ölkəmizdə yaşayırsa və dövlətimizə qonaq kimi gəlirsə, həmin şəxs məcburdur ki, Azərbaycan xalqının adət-ənənələrinə hörmət etsin: "Əgər o hörmət görməyəcəksə, təbii ki, bunun da qarşılığını almalıdır. ABŞ vətəndaşı olmaq o demək deyil ki, o harda istəsə öz bildiyini edə bilər. Bunlar tamam ayrı-ayrı məsələlərdir".Başqanlığa iddialı Səxavət Əlisoyun hədələyici mesaj kimi İsa Qəmbərin ünvanına bəhanələrlə qurultayı təxirə salmaq olmaz kimi fikir səsləndirməsinə də münasibət bildirən Ə. Orucov deyib ki, S. Əlisoyun fikirlərində həqiqət yükü çoxdur: "Bu şəxs 3 ilə yaxındır ki, Müsavatın qurultayını imitasiya edir. Görünür, Müsavat başqanının keçmiş müşavirinin əlində hansısa əsaslar var ki, o bu fikirləri söyləyir və təhlükənin qarşısını almağa çalışır. Əgər bu qurultay baş tutmasa, Müsavatın qeyri-ciddiliyi ortaya çıxacaq. Sonda belə çıxır ki, bunların fəaliyyəti yalnız qurultayı imitasiya etməkdən ibarətdir".
sia.az