PDF Oxu

Müxalifət

  • 56

Müsavat başqanı 20 ildən çoxdur ki, artistlik edir

Müsavat başqanı 20 ildən çoxdur ki, artistlik edir

Rəsul Quliyev: "İsa bəyin bu dəfə də bizi xeyli feyziyab edəcəyinə inanıram"

Dağıdıcı düşərgədə "liderlərarası" qarşıdurmalara biri də əlavə olunub. Onu da qeyd edək ki, seçkilər ərəfəsində bir-birlərini təhqir səviyyəsinə qədər ittiham edən tərəflər keçmişdə baş verən hadisələri yenidən qabardır, ictimaiyyətin diqqətinə çatdırırlar. Onlar bu vasitə ilə kimin "düz", kimin isə əyri olmasını sübuta yetirməyə çalışırlar. Xüsusilə də Müsavat partiyasının qurultayı ərəfəsi partiyada baş verən gərginiliyi birə-on qat artırır. Bu ərəfədə eks-spiker Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbəri hələ ötən parlament seçkilərində gənclərlə görüşü zamanı dediyi sözləri xatırladaraq bildirib ki, istər qarşıdakı növbəti parlament seçkiləri ərəfəsi, istərsə də partiyanın qurultayı ərəfəsi İsa Qəmbər yenə də artislik edəcək: "İsa Qəmbər bütün hiyləgərliyi ilə rola girməyi bacarır. Eyni oyunu oynamaqda adətkardır. Bir də bu "bədbaxt"ın geriyə yolu var ki?"

"İsa Qəmbər hər zaman uduzub, uduzacaq da"

R.Quliyev İ.Qəmbərin heç bir nüfuza malik olmadığını da deyib: "Qurultaydan sonra İ.Qəmbərin heç bir nüfuzu olmayacaq. Belə olan halda o, hansı seçkidən danışmaq istəyir. Sənin kitabın bağlandı, get sonrakı rolunu oyna". Eks-spiker ötən seçkiərəfəsi Müsavat başqanının onun geri qayıtması istiqamətində aparılan kampaniyada imzasının olmamasına münasibət bildirərək vurğulayıb ki, buna çox sevindim: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı".

Eks-spiker, həmçinin onu da yazır ki, İ.Qəmbər yalan danışdığı üçün onun cavabını verməyə borcludur. R.Quliyev Müsavat başqanını hər zaman uduzduğunu da onun diqqətinə çatdırıb: "...Deyə bilərəm ki, 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri, o cümlədən, "Xalq Cəbhəsi"ndən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürsə də, mənim heç olmasa ikinci tura keçməyimə belə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökumət, həm də "Xalq Cəbhəsi" nümayəndələrini udmuşdum". Həmin seçkilərdə "Xalq Cəbhəsi"nin "liderlərindən" biri sayılan İ.Qəmbər, həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi..."

"Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir..."

R.Quliyev, eyni zamanda, Müsavat başqanının yalançı və iftiraçı olduğunu vurğulayıb. O bildirib ki, İ.Qəmbər buna görə xəcalət çəkməlidir. Lakin başqanın buna iradəsi çatmır: "Fikrimcə, yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu, mümkündürsə. Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir".

Göründüyü kimi, keçmişlərin paxırlarını açan müxalifət "liderləri" bu və ya digər şəkildə barışmaz mövqedə dayandıqlarını bir daha bu kimi açıqlamaları, sosial şəbəkələrdə yazdıqları ifşaedici şərhləri ilə sübuta yeririrlər. Söz yox ki, xalq da onların sözügedən "tarixi əməlləri"nin şahidi olur.

Ü.ƏSGƏROV

Digər xəbərlər