PDF Oxu

Müxalifət

  • 36

“Cəmil Həsənli Əli Kərimlinin şöbə müdiri vəzifəsini icra edir”

“Cəmil Həsənli Əli Kərimlinin şöbə müdiri vəzifəsini icra edir”

"Əli Kərimli bütün imkanlarından istifadə edərək Müsavat başqanı İsa Qəmbəri və müsavatçıları aşağılamaqla məşğuldur". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyamddin Orduxanlı deyib.N.Orduxanlı qeyd edib ki, Əli Kərimlinin İsa Qəmbərə olan nifrəti müxalifətin parçalanmasına gətirib çıxarıb: "Bu adamlar bir-birinə patoloji nifrət edirlər. Belə olan halda bu adamların bir tədbirdə iştirak etməsi mümkün deyil"."Bu iki şəxs arasında belə vəziyyət uzun illərdir davam edir. Yalnız seçki ərəfəsində xarici təşkilatların göstərişi ilə birgə "fəaliyyət" olub ki, bu da seçki günün səhəri bitib. Bundan sonra qarşılıqlı ittihamlar və s. başlayıb. Odur ki, artıq cəmiyyət bunların belə münasibətinə alışıb. Bir-birinə qarşı amansız mübarizə aparan adamlar heç vaxt bir yerdə fəaliyyət göstərə bilməz, - BAXCP rəsmisi vurğulayıb.N.Orduxanlı müxalifətin müxtəlif tədbirlərinə "Milli Şura" sədri Cəmil Həsənlinin qatılmamasına da aydınlıq gətirib: "Hazırda Cəmil Həsənli Əli Kərimlinin şöbə müdiri vəzifəsinin icrası ilə məşğuldur və onun tapşırıqlarını yerinə yetirir. Ona görə də Cəmil Həsənli İsa Qəmbərin iştirak etdiyi tədbirlərə qatıla bilmir. Qatılsa, Əli Kərimli ilə düşmən ola bilər".

sia.az

Digər xəbərlər