Orxan Carçı: "Təhqirə görə üçqat cavab verəcəm, susmayacam"
Bu gün AXCP-də daha bir istefa olub. SİA-nın məlumatına görə, bu dəfə istefa verən şəxs Orxan Carçı adlı sayt rəhbəridir. O,istefasının səbəbini AXCP-də müstəqil ola bilməməsi ilə əlaqələndirib və qeyd edib ki, partiyada onun istefasına dözümlü yanaşmayıblar: "Bu gün heç kimi təhqir və tənqid etmədən AXCP-dən ayrılıram. Çünki partiya daxilində sərbəst ola bilmirəm. Bundan sonra, heç bir partiyaya üzv olmaq barədə fikirləşmirəm. Lakin partiyadan istefama görə təhqir və tənqid olunsam, buna üçqat cavab verəcəm. Yəni susmayacam. Cəbhəçilər mənim istefamı normal qəbul etməlidirlər. Keçmiş partiyama da uğurlar arzulayıram".
Xatırladaq ki, bir neçə gün öncə daha bir AXCP-çi – partiyanın Ali Məclisinin üzvü, qatı "kərimovçu" kimi tanınan Elçin Rüstəmli də siyasi təşkilatın sıralarını tərk etdiyini bəyan etmişdi.
sia.az