PDF Oxu

Müxalifət

  • 34

Azər Ayxan Əli Kərimlini və onun ətrafını qaragüruh adlandırdı EKSKLÜZİV AÇIQLAMA

Azər Ayxan Əli Kərimlini və onun ətrafını qaragüruh adlandırdı EKSKLÜZİV AÇIQLAMA

"Bu, AXCP sədri və onun ətrafındakı qaragüruh dəstəsinin klassik metodudur. Kimi xoşlamırlarsa, kim bunların üzünü açıb ortaya qoyursa, kim bunların macəraçı siyasətini dəstəkləmirsə dərhal şantaja, qarayaxmaya və çamuratmaya keçirlər və bu da növbəti bir həyasızlığın nümunəsidir". Sözügedən fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan AXCP qərargahının sahibi Azər Əsgərovun "Yeni Müsavat" qəzeti vasitəsilə Əli Kərimlini ittiham etməsinə qarşılıq olaraq, cəbhəçilərin onları xəyanətdə suçlamasına münasibətini bildirərkən deyib.

Azər Ayxan eyni zamanda xatırladıb ki, əslində, həmin ittihamları "Yeni Müsavat" qəzeti deyil, məhz Azər Əsgərov irəli sürüb: "Azər Əsgərov dediyi fikirlərində bütün detalları açıqlayıb. Yəni bizə müraciət edib, biz də bir mətbuat orqanı olaraq həm hakimiyyət tərəfindən, həm də müxalifət partiyalarının biri tərəfindən haqsızlığa uğramış bir ölkə vətəndaşının mövqeyini vermişik. Burada başqa bir şey yoxdur ki…".

Baş redkatorun müavini onlara qarşı çıxış edənlərin qərəzli olduqlarını vurğulayıb: "Bu, ancaq və ancaq qərəzdir. Nə isə deyəndə həmən deyirlər ki, satqınsan, iqtidara işləyirsən və yaxud xarici qüvvələrə işləyirsən. Zaman-zaman bu cür ittihamları görmüşük, eşitmişik, bu cür ittihamlara tuş gəlmişik. Amma yolumuza davam edirik. Çünki inanırıq ki, bizim yolumuz doğru yoldur. Bu yolda kimlərsə bizə çamur atacaqsa, onun qiymətini xalq və zaman verəcək. Necə ki, verir".

A.Ayxan həmçinin qeyd edib ki, ortada "Yeni Müsavat"ı suçlamaq məntiqi düşüncə deyil. Çünki ittiham olunan və ittiham edən tərəflərin mövqelərini dərc etməyin xəyanətlə heç bir əlaqəsi yoxdur: "Bilirsiniz bu məsələdə iki tərəf var – Azər Əsgərov və Əli Kərimli. Biz daha çox onların bir-biri ilə bağlı mövqelərini bildirməyə hazırıq. Əgər Əli Kərimli "Yeni Müsavat"a müraciət eləsə bu qəzetin tribunası sözügedən məsələ ilə bağlı ona da yer verər. Çünki bu, həm də KİV haqqında qanunun göstərişləridir. Digər tərəfdən, jurnalist etikası deyilən vicdan kodeksi var ki, ittiham edən tərəfə də, ittiham olunun tərəfə də eyni dərəcədə şərait yaradılmalıdır ki, onlar öz mövqelərini bildirsinlər. Biz də bütün zamanlarda, bütün situasiyalarda olduğu kimi bu məsələdə də iki tərəfin mövqeyini dərc etməyə hazırıq. Ancaq təəssüf ki, Əli Kərimli vaxtaşırı "Yeni Müsavat"a embarqo qoyur və növbəti dəfə onu demokrat adına, siyasəti adına, müasir düşüncəli partiya sədri adına yaraşmayan bir hərəkət edir. Ancaq bütün bunlara rəğmən, biz onun da mövqeyini çap etməyə hazırıq".

Xatırladaq ki, mülk sahibi Azər Əsgərov ötən açıqlamalarının birində belə bir söz də ifadə etmişdi ki, əgər o öz qərargahını Əli Kərimliyə deyil, İsa Qəəmbə, yaxud başqasına etiibar etsəydi, onu sona qədər müdafiə edərdilər. Azər Əsgərov eyni zamanda AXCP-nin digər rəhbər şəxslərini də ona xəyanət etməkdə ittiham edib.

sia.az

Digər xəbərlər