"Düzü, mən inanmaq istəməzdim ki, qurultayla bağlı ya Qubad İbadoğlu, ya da digərləri hər hansı bir narazı söz ifadə etsinlər. Çünki Qubad bəy də dünənki çıxışında özünün seçilməməsinə narazılıq bildirsə də seçkinin şəffaf keçirilməsinə etirazının olmadığını demişdi". Bu fikirləri SİA-ya partiya başqanının müşaviri Mustafa Hacıbəyli başqanlığa namizəd olmuş Qubad İbadoğlunun və onu dəstəkləyən digər funksioner Vurğun Əyyubun seçkilərin nəticələrinin qeyr-legitim və ədalətsiz adlandırmalarına münasibətini bildirərkən deyib.Mustafa Hacıbəylinin xatırlatmasına görə, Qubad İbadoğlu və tərəfdarları ədalətsizliyin olduğunu desələr də seçkilərin nəticələrini tanıdıqlarını bildiriblər: "Çünki bir daha deyirəm, qurultaydakı çıxışında dedi ki, ədalətsizlik olub və mənim tərəfdarlarım qurultaya nümayəndə qismində seçilməyib. Yaxud digər bu kimi məsələlər qaldırsa da seçkilərin nəticələri ilə razılaşdığını deyib. Əgər həqiqətən də elə bir fikirlər səsləndirilirsə, mən mütləq bunun cavabını verəcəyəm.Digər tərəfdən, say komissiyasının təkibinə də Qubad bəyin etirazı olmayıb. Say komissiyasının sədri məhz Qubad bəyin təklif etdiyi Mirbaba Babayev olub. Onu isə partiyada hər kəs saf bir insan kimi tanıyır. Bu baxımdan, əgər qeyri-legitimlik barədə fikirlər irəli sürülürsə, bu mümkün deyil. Məhz Mirbaba bəyin sədrliyi ilə komissiya bülletenləri təkrar-təkrar hesablayıb və nəticələri açıqlayıb. Ümumiyyətlə, qurultayın işini qeyri-legitim adlandırmaq Müsavata qarşı, qurultay nümayəndələrinə qarşı hörmətsizlikdir".Xatırladaq ki, Qubad İbadoğlu ilə yanaşı, onun tərəfdarı olmuş Vurğu Əyyub da mətbuata açıqlamasında deyib ki, Arif Hacılını təbrik etməyəcək. Belə ki, o, legitimliyi şübhə altında olan başqanı mən heç vaxt qəbul etmək fikrində olmayacaq.
sia.az