PDF Oxu

Müxalifət

  • 25

AXCP-dən Arif Hacılının təklifinə RƏDD CAVABI

AXCP-dən Arif Hacılının təklifinə RƏDD CAVABI

Fuad Qəhrəmanlı: "Müsavat ilə münasibətlər indiki səviyyədə qalacaq"

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı AXCP-ilə münasibətlərə yenidən baxmaq mümkünlüyünü dilə gətirib. SİA-nın məlumatına görə, Hacılı bununla bağlı deyib ki, Xalq Cəbhəsi ilə müttəfiqlik münasibətləri mümkün olmasa belə, fəaliyyətlərini koordinasiya etmək, uzlaşdırmaq istiqamtində təkliflər vermək niyyətindədir: "Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. İndiki şəraitdə AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm".Müsavat başqanının bu addımına AXCP tərəfindən reaksiya verilib. Həmin reaksiya rədd cavabı kimi anlaşılıb. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı təmsil olunduğu partiyaya yaxınlığı ilə seçilən mətbu orqan vasitəsilə Arif Hacılıya cavab olaraq deyib ki, Müsavat partiyası heç bir əsas gətirmədən Milli Şuranı tərk etdi və bu da AXCP ilə münasibətlərdə məsafə yaratdı: "AXCP əməkdaşlıq formatı kimi Milli Şurada təmsilçiliyi əsas götürür. Müsavat Partiyasının Milli Şuradan ayrılmasının əsas ilhamvericilərindən biri də Arif Hacılı olub. Müsavatın seçdiyi mövcud kurs, Milli Şuraya münasibət onu deməyə əsas verir ki, bu partiya ilə münasibətlər indiki səviyyədə qalacaq".Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan ayrılarkən belə bir iddia irəli sürmüşdü ki, bu qurum xarici qüvvələrin layihəsidir və partiya həmin qüvvələrin layihə tərkibi olmaq fikrində deyil.

sia.az

Digər xəbərlər