"Milli Şura"nın oktyabrın 12-nə planlaşdırdığı mitinq, müxalifətin indiyədək keçirdiyi digər mitinqlər kimi xaricdən verilən sifarişlərə əsaslanır". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.AMİP funksionerinin sözlərinə görə, "Milli Şura" bu mitinqdə başlıca olaraq "siyasi məhbus"ların azadlığa buraxılması məsələsini gündəmə gətirəcək: "Düşünürəm ki, onlar mitinqi keçirməyə qərar veriblərsə, buna uyğun addım atacaqlar. Amma inanmıram ki, onlar bu mitinqdə kütləviliyi təmin edə bilsinlər. Ümumiyyətlə insanlar siyasi hadisələrə o qədər də maraq göstərmir. Əksinə onlar bu kimi mitinqlərdə müşahidəçi qismində iştirak etməyə daha çox üstünlük verirlər. Bu mənada hesab edirəm ki, oktyabrın 12-nə planlaşdırılan mitinqdə iştirak edən insanların sayı digər aksiyalarda iştirakçı olan insanların sayından o qədər də fərqlənməyəcək".
sia.az