"Arif Hacılının Müsavat Partiyasının yeni başqanı seçilməsi İsa Qəmbərin indiyədək apardığı siyasətin davamına hesablanıb". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Müsavat Partiyasının yeni başqanı Arif Hacılının AXCP ilə aralarında yaşanan qarşıdurmaya münasibət bildirərkən deyib. Ədalət Partiyasının Aparat rəhbərinin sözlərinə görə, Müsavat Partiyasının siyasətində heç bir dəyişiklik olmayacaq: "Müxalifət düşərgəsində olan qarşıdurmalar, intriqalar, parçalanmalar və s. "Milli Şura"nın əsas xətti seçilib. Hesab edirəm ki, indiyədək aparılan bu xətt bundan sonra da davam edəcək. Heç cürə düşünmürəm ki, Arif Hacılı AXCP ilə münasibətləri normala salsın. Hətta mən yaxın gələcəkdə hər iki qurum arasında intriqanın güclənməsini müşahidə edirəm. Çünki Müsavat Partiyası daxilində artıq narazılıqlar mövcuddur. Bununla belə, zaman-zaman Müsavat Partiyası AXCP-dən özünə transferlər edib. Bu mənada hesab edirəm ki, A. Hacılının əlinə çox gözəl fürsət düşüb".
sia.az