PDF Oxu

Müxalifət

  • 36

Azər Əsgərov: "Cəbhəçilər tərbiyəsiz sözlər yazmaqdan utanmırlar"

Azər Əsgərov: "Cəbhəçilər tərbiyəsiz sözlər yazmaqdan utanmırlar"

AXCP fəalları, funksionerləri vaxtilə mülkünü onlara vermiş Azər Əsgərova qarşı hücuma keçiblər. A.Əsgərov Əli Kərimlini, cəbhəçiləri ittiham edir, onları riyakarlıqda günahlandırır. AXCP üzvləri isə bu məsələdə onu təhqir edərək müəyyən vasitələrlə təhdid edirlər. Sosial şəbəkələrdə səngimək bilməyən A.Əsgorv-AXCP davası vəziyyəti daha da qəlizləşdirib. Belə ki, AXCP üzvləri ona qarşı hücuma keçiblər.

Azər Əsgərov baş verənlərlə bağlı deyib ki, dəyişən heç nə yoxdur, köhnə hamam, köhnə tas: "Sanki məsələmi unutdurmaq istəyirlər. "Yeni Müsavat"a verdiyim müsahibədən sonra cəbhəçilər açıq-aşkar üzərimə hücuma keçiblər. Ağızlarına nə gəlirsə, ünvanıma səsləndirirlər. Hələ yazdıqlarının çoxunu siliblər. Hələ utanmadan hakimiyyətə gəlmək istəyirlər. Bunlar hakimiyyətə gəlsələr, sonumuz necə olar? Hamımızı güllələyərlər. AXCP rəhbərliyindən heç kəs mənimlə maraqlanmır. Mülkümü AXCP-yə verdiyim üçün çox peşman olmuşam. Vaxtında hərəkət etməliydim. Mənə hakimiyyət tərəfindən deyilən zaman onları mülkümdən çıxarmalıydım. Səhv özümdədir. Əli Kərimli ilə hələ də görüşməmişəm. Gözəl Bayramlıya deyirdim. Onun da çatdırıb-çatdırmadığını bilmirəm. Mən də məcburiyyət qarşısında qalıb, facebookda yazıram ki, mənə cavab ver. Sonuncu dəfə avqustun 6-da Gözəl xanıma demişəm. O da haqlı olduğumu deyib. Ondan sonra Gözəl xanımdan da xəbər yoxdur". Artıq onlara heç odun damı da vermərəm. Mən onlardan mənəvi dəstək gözləyirdim. Amma indiyə qədər onlar mənim üçün heç nə etməyiblər. İki ay bundan qabaq Kəmalə Bənənyarlı mənə zəng vurub demişdi ki, ikimizin adını Avropa Məhkəməsinə göndərmək üçün hesabata salıblar. Zərərçəkmiş kimi. Mən də gözlədim. Həyat yoldaşım Türkiyədən bütün təşkilatlara müraciət edir. Amma AXCP susur. Onlardan artıq heç bir kömək gözləmirəm. Müraciət etmək fikrim də yoxdur. Cəbhəçilər isə tərbiyəsiz sözlər yazmaqdan utanmırlar. Mənə "satqın", "xain", "hakimiyyətə satılmısan" kimi sözlər deyirlər. Bunlar AXCP rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Bu söyüşlərlə hakimiyyətə gəlsəniz, nə edərsiniz?"

Qeyd edək ki, Azər Əsgərova qarşı sosial şəbəkələrdə tənqidi status və rəylər yazanlar təkcə AXCP fəalları deyil. Partiya funksionerləri də bu prosesdə fəal görünür. Onların bəzilərinin mülk sahibinə qarşı sosial şəbəkələrdə statuslar yazıblar. AXCP sədrinin mətbuat katibi Natiq Ədilov: "AXCP ev, mülk davası aparmır, Azər bəy, millət davası aparır. Nə olub sizə? Mülkdü də. Sabah demokratik hakimiyyət qurular, ondan da yaxşısına sahib olarsınız. Bizim heç çoxumuzun, içi mən qarışıq evimiz yoxdur . Sizcə, o qədər fərasətsizik?"

AXCP sədrinin müavini Nurəddin Məmmədli: "Olmuşları danmaq, xeyirxahlığı dəyərləndirməmək aldığın borcu qaytarmamaq qədər ağır günahdır. Biz bütün beynəlxalq tədbirlərdə sizə qarşı ədalətsizliyi hamıya çatdırır, kömək istəyirik. Sizin narazılığınızın səbəbi bizdən bacarmadıqlarımızı istəməyinizdir".

Samir Feyruzov

Digər xəbərlər