PDF Oxu

Müxalifət

  • 48

Mirzə Sakit AXCP-ADP qalmaqalını ƏLƏ SALDI

Mirzə Sakit AXCP-ADP qalmaqalını ƏLƏ SALDI

"Rəsmi alınsın deyə Nurəddin Məmmədlini atın üstünə mindirib ADP-yə dəvətnamə aparmaq üçün yola salıblar"

Keçmiş cəbhəçi, vaxtilə "Azadlıq" qəzetində satirik yazarlıq edən Mirzə Sakit AXCP-ADP arasında yaranmış qalmaqala özünəməxsus fikir bildirib. SİA xəbər verir ki, Mirzə Sakit öz "facebook" səhifəsində AXCP-nin sədr müavini Nurəddin Məmmədlini hədəfə alaraq fikirlərini bu cür ifadə edib: "...O vaxtlar kənd yerlərində camaatı toya dəvət etmək məsələsini qıvraq bir gəncə tapşırardılar. Həmin gənc də atı minib kəndin bu başından düşüb o başına qədər hamını toya çağırardı. Məsəlçün belə: "Ay Əhmədpaşa dayı hooooy, ayın 8-də Vaqif dayı sizi oğlunun toyuna dəvət edir"...

...Bu ayın 12-sində Milli Şura mitinq elan edib. ADP yetgilisi dostumuz Taliyət Əliyev deyir ki, mitinq üçün bizə dəvət gəlməyib... Bunu eşidən Milli Şura da rəsmi alınsın deyə Nurəddin Məmmədlini atın üstünə mindirib ADP-yə dəvətnamə aparmaq üçün yola salıblar..

Yəqin indi çatmış olar…ADP sədri də bundan xəbərdar olduğu üçün tapşırıb ki, gələn qonağın atının qabağına arpadan, samandan tökün, özünə də çaydan-çörəkdən verin, yol gəlib, həm də nə qədər olmasa əvvəllər bizim partiyamızın üzvü olub...Müxbirimizin verdiyi operativ məlumata istinadən, Nurəddin bəy atını yorğalayaraq artıq ADP-yə çathaçatdadır, in-şallax...".

Qeyd edək ki, münaqişəyə səbəb AXCP yetkilisi, "Azadlıq" qəzetində köşə yazıları yazan Xaliq Bahadırın ADP sədri Sərdar Cəlaloğlunu və onun müavini Taliyət Əliyevi təhqir hədəfinə alaraq sərt ittiham etməsi olub.

sia.az

Digər xəbərlər