PDF Oxu

Müxalifət

  • 38

AXCP-nin yaşadıqlarını yaşayan Müsavat

AXCP-nin yaşadıqlarını yaşayan Müsavat

və ya bu partiya da klassiklərə və islahatçılara ayrılacaq

Artıq Müsavat partiyasında baş verənlər proseslər ətrafında cərəyan edən hadisələr irəli sürülən proqnozları reallaşdırmaqdadır. Müsavat partiyası siyasi təşkilat olaraq iki qütbə ayrılıb və qütbləşmə bilavasitə onun parçalanmasına kifayət qədər zəmin yaradır. Daha dəqiq desək, 2000-ci illərin əvvəllərində AXCP-də baş verən parçalanma olyaları eyniliklə Müsavatda başlayıb.

Elçibəydən fərqli olaraq, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər sağ-salamat olmasına rəğmən, həmin parçalanma prosesi adıçəkilən partiyada davam edir

Məsələn, xatırladaq ki, bu gün Müsavatda gedən proseslər 2000-ci ildə AXCP-də, 2002-ci ildə isə KXCP-də baş verənlərin sırf prototipidir. Belə ki, bir az fərqli olsa da AXCP-də də bu cür hadisələr fonunda parçalanma yaranmışdı. Lider Əbülfəz Elçibəyin vəfatı partiya daxilində intriqalara səbəb olmuş, "Yurd" qruplaşması ilə elçibəyçilər arasında ziddiyyət yaşanmışdı. Düzdür, Elçibəydən fərqli olaraq, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər sağ-salamat olmasına rəğmən, həmin parçalanma prosesi adıçəkilən partiyada davam edir. Eks-başqan isə hadisələrə nəninki müdaxilə, hətta siyasi təsir belə göstərə bilmir. Çünki onun erası və limiti tamamilə tükənib. Başqanlığa namizəd olmuş Qubad İbadoğlunun, Səxavət Əlisoyun və onların tərəfdarlarının Arif Hacılı qrupuna qarşı çıxmaları nəticəsində ikiyə ayrılmaqda olan Müsavat eynilə AXCP-də olduğu kimi klassik və islahatçı qanadına ayrılıb.

Mirmahmud Mirəlioğlunun 2002-ci ildə atdığı addımları kimi, bu gün narazılara Qubad İbadoğlu başçılıq edir

Gəlin bir daha 2000-ci ildə AXCP-də baş verən olaylara müraciət edək. Məsələn, Əbülfəz Elçibəy vəfat etdikdən sonra, klassiklər (başda Mirmahmud Mirəlioğlu olmaqla) sədrin birinci müavinini, faktiki olaraq, sədrin vəzifəsini icra edən Əli Kərimlinin qəbul etmədilər. Belə ki, Əli Kərimli yerini birinci müavinlikdə möhkəmlənmək üçün klassiklərin əksəriyyəti ilə düşmən münasibətində olmuşdu.

Məhz bu baxımdan, Müsavatın yeni başqanı Arif Hacılı da indi onu qəbul etməyənləri hələ seçkilərdən öncə sıxışdırıb və bunun nəticəsində başqan ola bilib. Eynilə AXCP-də olduğu kimi, yəni Mirmahmud Mirəlioğlunun 2002-ci ildə atdığı addımları kimi, bu gün narazılara Qubad İbadoğlu başçılıq edir. Narazıların arasında Vurğun Əyyub, Hikmət Hacızadə, Ellada Məmmədli kimi şəxslər var. Bir neçə gün bundan öncə pariyanın qərargahında toplaşmış narazılar gələcək planlarını müəyyən ediblər.

Fraksiyaçılıqdan yeni partiya yaratmağa doğru

Beləliklə, Qubad İbadoğlunun başına toplaşmış narazılar aşkar şəkildə fraksiyaçılıqla məşğul olurlar. Əgər fraksiyaçılıq baş qaldırıbsa, demək, Müsavat bir müddətdən sonra iki partiyaya çevrilə bilər. Məsələn, klassik Müsavat və islahatçı Müsavat. Klassiklərə Arif Hacılı qruplaşması, islahatçılara isə Qubad İbadoğlu qruplaşması rəhbərlik edəcək. Nəticədə isə daha çox gedən tərəf Qubad İbadoğlu qruplaşması olacaq. Bu amil isə onların müsavatçılıq ideologiyası altında yeni partiyanın yaradılması ilə nəticələnəyini proqnozlaşdırır.

Rövşən RƏSULOV

Digər xəbərlər