PDF Oxu

Müxalifət

  • 42

Azər Ayxandan İsa Qəmbərə MESAJ VAR

Azər Ayxandan İsa Qəmbərə MESAJ VAR

"Kənara çəkilməlidir"

Milli Şuranın dünənki mitinqində Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, yeni seçilmiş başqan Arif Hacılı və AXP sədri Pənah Hüseyn də iştirak edib. SİA xəbər verir ki, həmin mitinqə müxalifət təmsilçiləri birmənalı münasibət bildirməyib. "Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini Azər Ayxan "facebook" hesabında İsa Qəmbərə yönəlik fikir bildirib. Adıçəkilən qəzet rəsmisi eks-başqanın mitinqdəki şəklini paylaşaraq, onu tez-tez ortada görünməkdə ittiham edib. Yazını olduğu kimi təqdim edirik:

"Maraqlı fotodur. Fb-da maraqlı şərhlər yazılır bunun altından. Sanki İsa Qəmbər bu fotonu çəkdirmək üçün gedibmiş mitinqə. Məncə İ.Qəmbər bir neçə ay kənara çəkilməlidir ki, yeni başqan başqan kimi qebul edilsin, görünsün, duyulsun. Belə davam etməyəcək. Belə davam edə bilməz."

sia.az

Digər xəbərlər