"Düşünürəm ki, Müsavat Partiyasının başqanlığından gedən İsa Qəmbər kimi eyni addımı AXCP sədri Əli Kərimli də atmalıdır". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Müsavat daxilində baş verən dəyişikliklərə münasibət bildirərkən deyib. AMİP funksioneri hesab edir ki, cəmiyyət yeniləşdikcə, siyasətə, meydana yeni nəsillər çıxırsa onlara da şərait yaradılmalıdır: "Düşünürəm ki, bu siyasilərin yetişdirilməsi üçün də bir stimul olardı. Bunun hansı şəkildə reallaşdırılması isə fərqli məsələdir. Bu addım 2004-cü ildə Etibar Məmmədov tərəfindən atıldı. Belə ki, o, gənclərin irəli çəkilməsinə və yeni liderlərin yetişdirilməsinə şərait yaratdı".Müavat Partiyası və AXCP arasında davam edən intriqalara, qarşıdurmalara da münasibət bildirən Ə. Orucov deyib ki, onlar arasındakı problem bundan sonra da davam edəcək: "Hətta hesab edirəm ki, bu konfilikt, qarşıdurmalar daha da dərinləşəcək. Çünki bu şəxslərin dəyişməsi çox təəssüf ki, siyasi kursun dəyişməsi ilə müşahidə olunmayıb. Burada sadəcə olaraq adlar dəyişib. Onların heç bir yeni ideyası, fikirləri və fəlsəfi düşüncələri yoxdur".
sia.az