PDF Oxu

Müxalifət

  • 42

Sərdar Cəlaloğlu: “Əli Kərimli və İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşıdurması aradan qalxmayacaq” AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Əli Kərimli və İsa Qəmbər siyasətdən getməyənədək AXCP-Müsavat qarşıdurması aradan qalxmayacaq” AÇIQLAMA

"Milli Şura"nın oktyabrın 12-də keçirilən mitinqində daha vacib işlərim çıxdığı üçün iştirak edə bilmədim". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın oktyabrın 12-də keçirilən mitinqinə və AXCP-Müsavat Partiyası arasında baş verən qarşıdurmaya, konfiliktə münasibət bildirərkən deyib.AXCP və Müsavat Partiyası arasında konfilikt hələ 1988-ci ildə "Yurd"çularla Əbülfəz Elçibəyin tərəfdarları arasında yarandığını söyləyən S.Cəlaloğlu bu konfilikt Ə.Elçibəyin hakimiyyəti dövründə Müsavat Partiyasının yaranması ilə daha da dərinləşdiyini bildirdi: "Beləcə, xalq hərəkatından başlamış qeyri-sağlam rəqabət bu gün də AXCP və Müsavat Partiyası arasında davam edir. Çox güman ki, Əli Kərimli ilə İsa Qəmbər siyasətdən getmiyənədək AXCP-Müsavat qarşıdurması aradan qalxmayacaq. Hesab edirəm ki, bu daha çox şəxsi konteksdə olan rəqabətdir".

sia.az

Digər xəbərlər