PDF Oxu

Müxalifət

  • 36

Eldar Namazov: “Tədbirlərə qatılmamağımın səbəbi var” EKSKLUZİV

Eldar Namazov: “Tədbirlərə qatılmamağımın səbəbi var” EKSKLUZİV

"Siyasi proselərdən kənar qalmağım İsa Qəmbərlə və ya digər siyasi partiya təmsilçiləri, liderləri ilə bağlı deyil". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının sədri Eldar Namazov son zamanlar müxalifətdaxili proseslərdə iştirak etməməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.Hərəkat sədri deyib ki, onun tədbirlərə qatılmaması üzürlü səbəbdəndir: "Tədbirlərə qatılmamağımın üzürlü səbəbi var. Bir müddətdən sonra bu başa çatacaq və istədiyim tədbirlərə qatılacam. Üzürlü səbəbin nədən ibarət olduğunu yaxınlarım, dostlarım bilir".Eldar Namazov rəhbərlik etdiyi hərəkatın Təşkilat Komitəsinin qurultaya hazırlığı haqqında da fikir bildirib. O,təsis qurultayının vaxtının təxirə salındığını etiraf edərək deyib ki, bu barədə yaxınlarda hərəkat üzvləri ilə məsləhətləşmələr apardıqdan sonra geniş açıqlama verəcək: "Bu haqda hələ bir söz demək tezdir. Bir sıra məsələlərdən dolayı qurultay təxirə salınsa da düşünürəm ki, yaxın zamanda bununla bağlı açıqlama olacaq"."El" Hərəkatının sədri vaxtilə onun hərəkatında təmsil olunan Əflan İbrahimovun oradan ayrılaraq, "El" Partiyasını yaratmasına və düşərgədə iki eyniadlı siyasi təşkilatın fəaliyyət göstərməsi məsələsinə də fikir fikir bildirib və qeyd edib ki, prosesləri qabaqlamaq istəmir: "Zamanı çatanda hər şey bəlli olacaq. Ona görə də hələlik prosesləri qabaqlamaq istəməzdim. Baxaq görək nə olur."

sia.az

Digər xəbərlər