PDF Oxu

Müxalifət

  • 37

Hürrü Əliyev: “Əli Kərimlinin bu məsələdə əli olmasaydı, prosesə etiraz etməzdi” İTTİHAM

Hürrü Əliyev: “Əli Kərimlinin bu məsələdə əli olmasaydı, prosesə etiraz etməzdi” İTTİHAM

"Fars və rus kəşfiyyatı Əbülfəz Elçibəyin zərərsizləşdirilməsinə, məhvinə qərar vermişdi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) sədri Hürrü Əliyev AXC-nin mərhum lideri Əbülfəz Elçibəyə sui-qəsdlə bağlı istintaqın gedişinə münasibətini bildirərkən deyib.Sədr xatırladıb ki, həmin dövrlərdə sui-qəsd sakit və gizli həyata keçirilməli idi: "Məhz açıq sui-qəsdin geniş əks səda verəcəyi nəzərə alındığı üçün bəyi zəhərlədilər. Elçibəyi yox etməyə nail oldular".Əbülfəz Elçibəyə sui-qəsd edənlərin hələ də azadlıqda qaldığınını bildirən Hürrü Əliyev onu da qeyd edib ki, zaman gələcək, hər şey təsdiqini tapacaq: "Təəssüf hissi ilə qeyd edirəm ki, həmin insanlar hələ də cəzalandırılmayıb. Bir zaman gələcək bu öz təsdiqini tapacaq".AMAC sədri sui-qəsddə AXCP sədri Əli Kərimlinin və ona yaxın qruplaşmaların əlinin olduğunu istisna etməyərək deyib ki, əgər bu gün sui-qəsddə ittiham edilənlər düşünürlərsə ki, bu iddia sifariş əsasında irəli sürülüb, yanılırlar: "Bunu nə mən, nə də Hafiz Hacıyev sifariş etməmişik, uydurmamışıq. Ortada bir zəhərlənmə faktı var və burada əli olan hər kəs cəzalanmalıdır. Hafiz Hacıyev bir neçə dəfə bu məsələ ilə bağlı iddia qaldırıb. Bakı Şəhər Prokurorluğunda iddiaya əsasən aparılan araşdırmalar da yaxın qohumlarından, eləcə də məndən izahat alınıb. Nə düşünmüşəmsə, demişəm".Hürrü Əliyev son olaraq, suçlular sırasında AXCP sədri Əli Kərimlinin əlinin olduğunu deyib: "Əgər Əli Kərimlinin bu məsələdə xəbəri və ya əli olmasaydı, prosesin aparılmasına etiraz etməzdi. Bu xəmir hələ çox su aparacaq".

sia.az

Digər xəbərlər