PDF Oxu

Müxalifət

  • 30

Tahir Kərimli: "Arif Hacılının çağırışlarına məhəl qoyan olmayacaq" Açıqlama

Tahir Kərimli: "Arif Hacılının çağırışlarına məhəl qoyan olmayacaq" Açıqlama

"Müsavat partiyasının son qurultayı ciddi fəsadlar və parçalanmalarla yadda qaldı desək, yerinə düşərdi. Nəzər salsaq görərik ki, onlar həqiqətən də partiyanın qurultayını ləngitməkdə maraqlı idilər. Çünki yaxşı bilirdilər ki, parçalanma qaçılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, Müsavat partiyasında parçalanmalar əvvəldən başlanmışdı: "Eyni zamanda partiyanın yeni sədrinin kim olacağı da bəlli idi. İnsanlar sadəcə məqam gözləyirdi ki, qurultay olsun və oradan uzaqlaşsınlar. Ona görə də qurultay onlar üçün rəsmi şəkildə əsas oldu. Bu səbəbdən də partiyadaxili istefalar kütləvi hal aldı. Hətta həmin şəxslər sosial şəbəkələrdə bir-birilərinə təhqir xarakterli sözlər deyirlər. Hesab edirəm ki, Müsavat partiyası ümumi müxalifətin içərisində müəyyən qədər aparıcı olduğundan, mövcud vəziyyət müxalifətin böhranın göstəricisidir".Partiya sədri həmçinin Müsavat partiyasının yeni sədri Arif Hacılının sosial şəbəkədə tərəfdarlarını barışığa çağırmasının arxasında hansı niyyətlərin olduğu məsələsinə də aydınlıq gətirib. Tahir Kərimli onların arasında barışığın olacağına inanmadığını deyib: "Arif Hacılı keçmiş komandada zəifləmiş insan idi. Eyni zamanda partiyada təmsil olunan önəmli fiqurlardan onu dəstəkləyən az idi. Ona görə də onun çağırışlarına məhəl qoyan olmayacaq".

sia.az

Digər xəbərlər